M ü n d ə r I c a t


Mikroorqanizmlərin  maddələr  dövranında  rolu



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə125/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   437
Mikroorqanizmlərin  maddələr  dövranında  rolu.  Mikroorqanizmlər 

biogeosenozlarda  maddəlr  dövranında  əsas  rol  oynayırlar:  üzvi  qalıqları 

minerallaşdırmaqla ekosistemin bioloji dövranını qapayır.  

Hər il quruda nəhəg miqdarda fitokütlə sintez olunur – 115–117.10

9

 t, 


onun 20–50. 10

9

  t  yerə  tökülmüş  qırıntıların payına düşür.  Fitokütlənin  6  - 



20%-i  heyvanlar  tərəfindən  yeyilir  və  ekskrementlərlə  torpağa  qayıdır.  

Canlı  kök  sistemi  və  onun  ayrılmış  hissələri  biokütləni  tamamlayır  və  bit-

kinin fitokütləsinin 20–90% -ni təşkil edir.  

Üzvi  maddələrin  bu  nəhəng  həcmi  torpaq  orqanizmlərinin  fəaliyyəti 

nəticəsində  minerallaşır  və  mənimsənilməyən  üzvi  birləşmələr  bitkilərin 

mənimsəyə  biləcəyi  mineral  formaya  düşür.    Bu  zaman  əsas  destruktorlar 

kimi  mikroorqanizmlər  iştirak  edir.  Mikroorqanizmlərin  payına  ayrılan 

karbon  qazının  85%,  torpaq  canlılarının  payına  15%-i  düşür.  Bu  zaman 

aerob  şəraitdə  göbələklər  ayrılan  karbon  qazının  üçdə  ikisini,  bakteriyalar 

isə  üçdə  birini  verir.  Sonradan  mineral  birləşmələrdən  yenidən  üzvi  birləş-

mələr sintez olunur. Beləliklə kiçik (bioloji) dövran başverir.  

Bioloji  dövranın  xarakteri  və  intensivliyi  üç  əsas  faktordan  asılıdır: 

bitki  tərkibindən,  hidrotermiki  rejimdən  və  orqanizm  –  trasfarmator  kom-

pleksindən.   

Üzvi  maddələrin  transformasiyası  və  mikrobların  metabolizminin  

qazformalı  məhsulları  torpaq  mikroorqanizmlərinin  torpağın  birinci  və 

ikinci mineralları ilə qarşılıqlı təsiri ilə müşaiyət olunur.  

Öz əhəmiyyətinə görə bu proses biosfer üçün fotosintez və molekulyar 

azotun  fiksasiyasına  bərabərdir.  Belə  ki,  ilkin  mənbəyi  litosferdə  yerləşən 

mineral  elementlər  Yerdə  olan  bütün  orqanizmlərin  həyatı  üçün  lazımdır. 

Onlarsız üzvi maddələrin yaradılması mümkün deyil. Praktiki olaraq elə bir 



134 

 

element yoxdur ki, mikroorqanizmlərin təsirinə məruz qalmasın.  



Torpağın mineral hissəsi müxtəlif qeyri-üzvi və üzvi turşuların, qələ-

vilərin,  fermentlərin  və  digər  birləşmələrin  –  torpaq  mikroorqanizmlərinin 

həyat fəaliyyəti məhsullarının təsiri altında parçalanır. Belə ki, nitrifikasiya 

mikroorqanizmləri nitrifikasiya prosesində güclü azot turşusu ifraz edir. Əl-

verişli şəraitdə nitrifikasiya prosesində bir ildə 1ha torpaqda 300kq nitratlar 

formalaşa bilər.  

Mikroorqanizmlərin  tənəffüsü  nəticəsində  ayrılan  karbon  iki  oksid 

minertalların  həll  olmasını  asanlaşdırır.  Belə  ki,  həll  olmayan  fosfatlar 

karbonat turşusu ilə həll olur, hansı ki, mikroorqanizmlərin iştirakı ilə CO

 



və suyun qarşılıqlı təsirindən formalaşır:     

 

Ca



(PO


4

)



 + 2CO

+ 2H



O → 2CaHPO

 + Ca(HCO



3

)

2



 

      


Bu  proseslərin  intensivliyi  bitkilərin  qida  elementləri  və  enerji  ilə 

təmin olunma dərəcəsindən  asılıdır.                                        

Üzvi qalıqların parçalanması ilə paralel olaraq torpaqda humifikasiya 

prosesləri  də  gedir.  Bu  proseslərdə  torpaq  biotasının,  xüsusən  mikroorqa-

nizmlərin  rolu  böyükdür.  Bütün  ölü  üzvi  maddələr  torpaqda  bioloji  parça-

lanmaya  və  oksidləşməyə  məruz  qalir  –  humuslaşma,  torpaq  substratının 

kifayət qədər sabit kimyəvi substansiyası vahid humus maddələri yaranır.  

Torpaq  miroorqanizmləri  atmosfer  azotunu  mənimsəyərək,  miroor-

qanizmlərin aktiv ştammları  əsasında biopreparatların  hazırlanmasında isti-

fadə  edirlər.  Əgər  ilkin  hazırlanan  biopreparatlar,  məsələn,  nitragin  sim-

biotik mikroorqanizmlərin əsasında hazırlanırdısa, indi qeyri-simbiotik mik-

roorqanizmlərin  (Klebsiella,  Rhizobium)  əsasında  preperatlar  tətbiq  olunur 

(cədvəl 2.19).  

Mikroorqanizmlərin  atmosfer  azotunu  fiksasiya  etmək  kimi  unikal 

funksiyası  bitkilərin  qidalanmasının  bioloji  mexanizmində  istifadə  olunur. 

Bu  gələcəkdə  müasir  ―kimyəvi‖  əkinçilikdən  aqrobiosenozlarda  bioloji 

əkinçiliyə keçməyə imkan verir.  

Mikrob  biokütləsində  ali  bitkilərə  lazım  olan  müxtəlif  maddələr  var. 

Oazotla  xüsusən  zəngindir.  Mikroorqanizm  hüceyrələrində  onun  miqdarı 

12%, P


O

5  



- 3%,  K

O – 2,2%-dir.  



Mikrob  biokütləsinin  biokimyəvi  tərkibi  də  müxtəlifdir.  Onun  quru 

maddəsinin  tərkibində  -  53%  zülal,  16%  -  karbohidrat,  18%  -  nuklein  tur-

şusu,  10%  -  yağ,  3%  fermentlər,  vitaminlər,  antibiotiklər  və  digər  bitkilər 

üçün vacib olan maddələr vardır. Mikroorqanizmlər il ərzində 400q tiamin, 

300q  pridoksin,  1kq  nikotin  turşusu  sintez  edir,  həm  də  torpağın 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin