Torpaq-bitki cəmiyyətlərində əlaqə tipləri. Trofik əlaqə tipinə yırtıcı
və qurban arasında olan əlaqəni misal göstərmək olar. Monodominant
aqroekosistemdə mikrob müxtəlifliyi azdır və zəncir qırılr, mübadilə məh-
sulları istifadə olunmür, nəticədə torpağın özünü təmizləmə prosesi pozulur,
―torpağın yorulması‖ baş verir.
Metabolik (allelokimyəvi) əlaqə canlı orqanizmlər ətraf mühitə siqnal
metabolitləri funksiyalarını yerinə yetirən və bitkinin böyümə və inkişafına
təsir göstərən müxtəlif məhsullar ifraz edir. Məsələn, mikroorqanizmlər
ətraf mühitə müxtəlif kimyəvi tərkibli fizioloji aktiv maddələr ifraz edir ki,
onların cüzi miqdarı sistemin işləməsi üçün siqnal funksiyasını yerinə
yetirir.
Mikroorqanizmlərin metabolizm məhsulları – vitaminlər, amin turşu-
ları, auksinlər, antibiotiklər, fermentlər və s. bitkiyə daxil olaraq, onların
böyümə və inkişafında mühüm rol oynayır. Ən aktiv vitamin produtsentləri
Bacillus və Pseudomonos cinsindən olan mikroorqanizmlərdir.
Bəzi orqanizmlər qiberellinlər və qiberellinə bənzər maddələr yaradır
ki, bunlar azotun fotokimyəvi və işıqsız şəraitdə fiksasiyasını sürətləndirir,
toxumları oyandırır və cücərməsini sürətləndirir, uzungünlük bitkilərin əl-
verişsiz fotorejimdə çiçəkləməsini stimulə edir.
Torpaq mikroorqanizmləri fitopotogen bakteriya və göbələklərin
təsirinə qarşı müdafiə funksiyasını yerinə yetirir.
Kənd təsərrüfatı istehsalında biosenozlarda metabolik əlaqələr nəticə-
sində yaranan məhsullardan geniş istifadə olunur. Məsələn, həşaratlar repel-
lentlər və attraktantlar ifraz edir, bu maddələr bitkilərin bioloji mühafizə-
sində istifadə olunur.
Dostları ilə paylaş: |