Qurutmanın ekoloji nəticələri.
Torpaqların qurudulması kənd təsərrüfatı
ilə birgə yarandı. İlk dəfə onun haqqında 4 min il əvvəlin yazılı
mənbələrində rast gəlinir. Tarixi xronikaya əsasən artıq yunan sivilizasiyası
dövründə həddən artıq sulanmış torpaqları açıq kanal sisteminin köməyi ilə
qurudurdular.
Şimal dənizi ətrafında izafi nəmliyə malik olan rayonlarda quruducu
sistemin təkminləşməsi X əsrdə inkişaf etməyə başladı. XVI- XVII əsrlərdə
artıq o, Avropanın başqa regionlarında istifadə olunmağa başladı. Suyu
sudolayıcı açıq kanallar vasitəsilə axıdırdılar. Eyni zamanda qoruyucu bənd-
lərin tikilməsi (çayların ətrafında və dəniz kənarlarında) aparılırdı. Rusiyada
geniş (iri) həcimli bataqlıqların qurudulması dövründə işlər Sankt-Peterbur-
qun yaradılması dövründə başlandı və Fin körfəzinin sahillərini mənimsənil-
məsi dövründə başladı.
1810-cu ildə İngiltərədə gildən saxsı drenaəic borular istehsal etməyə
başladılar, bu da drenaəin sonrakı inkişafını təmin etdi. Xüsusi geniş inkişaf
mərhələsi 1843-cü ildən başlandı, bu zaman maşınların köməyilə iri drenaya
borular hazırlanırdı. Qurutmanın yeni üsulu tezliklə Avstriya, Belçika,
Almaniya, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə yayıldı.
Dünyada qurudulan torpaqların ümumi sahəsi 160,6 mln.ha və ya a
əkin sahəsinin və çoxillik əkinlərin 11%-dən çoxu keçmiş SSRİ-də təkcə
əkinçilik zonalarında 250 mln ha həddən çox sulu torpaqlar qeydə alınıb,
ancaq qurudulan torpaqların ümumi sahəsi cəmi 12,5 mln. ha-dan çox deyil.
Avropada qurudulmuş torpaqlar qitənin bütün suvarılan sahəsinin 70%-ni
təşkil edir. Bataqlıq və bataqlaşmış torpaqların qurudulması Böyük Brita-
niya, Venqriya, Maliya, FRQ, Finlandiya, Fransa, Yuqoslaviyada daha çox
inkişaf edib. Afrikada qurudulan torpaqlar əsasən Misir, Sudanda cəmləşib.
129
Qurutma meliorasiyasının inkişafının perspektivləri dünyada təxminən
220 min.ha qiymətləndirilir.
Qurudulan torpaqların monitorinqi onların vəziyyətinin dəyişməsinin
(zamanda və məkanda) müşahidələrini özündə birləşdirir, torpaq örtüyünün
vəziyyətinin qiymətləndirilməsi və onun mümkün olan dəyişmələrinin
proqnozu; torpağın vəziyyətinin və torpaq rejimlərinin elmi əsaslandırılmış
üsullarla idarə olunması (onun məhsuldarlığını birbaşa təyin edən)
Qurudulan torpaqlarda mənfi ekoloji nəticələrə gətirən əsas proseslər
bitki məhsullarının nitratlarla çirklənməsidir, yemlərdə isə K-un miqdarının
olmasıdır, torpağın ağır metallarla çirklənməsidir (pestisidlərlə və digər
arzuolunmaz komponentlərlə). Torflu torpaqlarda müşahidə olunan üzvi
maddələrin parçalanması prosesi xüsusi əhəmiyyətə malikdir. Üzvi
maddələrin parçalanması torpaqda biogen elementlərin miqdarının
artmasına səbəb olur. Qurudulan torpaqların əsas xüsusiyyəti qida
elementlərinin yüksək dərəcədə hərəkətliyidir, bununla əlaqədar olaraq
onların daha intensiv yuyularaq ətrafdakı su mənbələrinə axmasıdır
Dostları ilə paylaş: |