2.4. Torpaqların suvarılması və qurutmanın ekoloji problemləri
Torpaqların (müxtəlif rayonlarda) təbii xüsusiyyətləri çox vaxt effektli
kənd təsərrüfatında istifadəsi üçün yararlı olur. Şimal rayonlarında torpaq-
ların üzün müddətli donması, meşə zonalarında torpaqların həddən çox
rütubətli olması, arid zonalarda torpağın duzlaşması, eləcə də ayrı-ayrı tor-
paq sahələrinin mezo- və mikrorelyefi (kəskin çökəklər,yarğanlar, iri daşlar
və s.) insanları təkcə torpağın deyil, həm də relyefin,iqlimin, bitki örtüyünün
təbii xassələrini dəyişməyə məcbur edir.
Təbii mühitin əlverişsiz şəraitinin yaxşılaşdırılmasına yönəldilən təbii
ehtiyatlar potensialından daha çox istifadə etməyə imkan verən işlər melio-
rasiya adlanır.
Meliorasiya- istifadə olunan ərazinin təbii şəraitinin yaxşılaşdırılma-
sına yönəldilmiş təşkilati-təsərrüfat, texniki, bioloji və digər elmi əsaslan-
dırılmış tədbirlər sistemidir. Kənd təsərrüfatı meliorasiyası torpaqların, su-
yun və iqlimin yaxşılaşdırılmasına xidmət edir. O, özündə suvarmanı, tor-
pağın qurudulmasını, eroziya əleyhinə tədbirləri, torpağın duzlaşmasını və s.
ola bilər. Bununla əlaqədar meliorasiyanın müxtəlif növləri və üsulları var.
Ekoloji əsaslandırılmış meliorasiya işləri eyni vaxtda təbiəti mühafizə
problemlərini və mühitin keyfiyyətinin yaxşılaşdırılmasını həyata keçirir.
İqlim meliorasiyası mikro,mezo və makroiqlimə bölünür. (plantasi-
yanın tüstüləmə ilə qızdırılması, üstünü örtmə, suvarma, buludlardan yağışın
çağrılması, buludların dağıdılması, ildırımın məhv edilməsi, buzlaqların
əridilməsi, çayın axın istiqamətinin dəyişdirilməsi, hidrotexniki qurğuların
(yaradılması) və süni göllərin yaradılması.
Dostları ilə paylaş: |