2.5.Torpaq- biotik sistem aqroekosistemin əsası kimi
2.5.1. TBK bio(aqro) senozun maddi - energetik sistemidir
Torpaq biotası. Mürəkkəb sistem olan torpağın əsas funksional
komponentlərindən biri orada məskunlaşan canlı orqanizmlərdir. Torpaq
biotasının əhəmiyyəti torpaq münbitliyini artırmaqla bərabər, həm də onun
torpağın texnogen çirklənməsinin azalmasında rolu ilə bağlıdır. Torpaq
biotası müxtəlif zəhərli birləşmələrin detoksikasiyası (zəhərsizləşdirilməsi)
kimi mühüm funksiya yerinə yetirir.
Torpaq örtüyü xüsusi yer qabığını –pedosferi təşkil edir. V.V.Doku-
çayevə görə torpaq – fiziki-coğrafi mühitin və orqanizmlərin dağ suxurla-
rına təsiri nəticəsində formalaşaraq, Yer qabığının üst yumşaq qatını əmələ
gətirən xüsusi təbii cisimdir. Bu mürəkkəb sistemdə üzvi maddələrin fasilə-
siz sintezi və parçalanması, bitkinin mineral elementlər və azotla qidalan-
masının dövranı, torpağa daxil olan müxtəlif çirkləndirici maddələrin
detoksikasiyası gedir.
Bu proseslər torpağın bərk, maye, qaz fazası və canlı tərkibi kimi
nadir quruluşu sayəsində həyata keçirilir.
TBK-nın tərkibində məskunlaşan canlılar maddələrin çevrilməsində
və enerji axınlarının formalaşmasında böyük rol oynayır, hansı onlarsız
torpaq yoxdur və olada bilməz. V.R.Vilyams yazırdı ki, canlı orqanizmlərsiz
həyat dayanar və torpaq geologiya obyektinə çevrilər (şəkil 2.15) .
130
ġəkil 2.15.
Torpaq heyanlarının ölçülərinə görə qruplaşması (Babyeva,
Zenova, 1989)
Torpaq = mineral substrat (93%) + üzvi maddə (7%). Üzvi maddə =
ölü üzvi maddə (85%) + bitki kökləri (1%) + edafon (5%). Edafon =
bakteriya və aktinomisetlər (40%) + göbələk və yosunlar (40%) + yağış
qurdları (12%) + mikrofauna (5%) + mezofauna (3%).
Bakteriyaların kütləsi təxminən 10 ton hektar; eyni kütləyə
mikraskopik göbələklər malikdir; ibtidailər kütələsi bir qayda olaraq 370
kq/ha təşkil edir.
Bir hektar şum qatında 250 min yağış qurdu(50-140 kq qədər), 1
hektar otlaqda -- 500-1575min (1150...1680 kq/ha ), bir hektar biçənək
yerində --2....5,6 milyon (2 ton/ ha dan artıq ) olur.
Torpaq faunası 80 mln.kv2-də orta hesabla 300kq/ha, Yer kürəsində
torpaq heyvanlarının biokütləsinin cəmi 2,5 mlrd. ton təşkil edir. Torpaq
orqanizmləri ən çox qara torpaqlarda və şabalıdı torpaqların bəzi
yarımtiplərində olur. Suvarılan boz torpaqlar mikroorqanizmlərin yük¬sək
miqdarı ilə səciyyələnir.
Torpaqda olan canlı orqanizmlər həm bir-biri ilə, həm də abiotik
mühitlə qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsir və qarşılıqlı əlaqə torpağın
münbitlik səviyyəsini və torpağın ―sağlamlıq‖ vəziyyətini təyin edir.
|