torpaqların münbitliyinin yüksəldilməsi: turş torpaqların gipisləşdirilməsi,
127
Kompleks meliorasiya işlərinə misal olaraq Gürcüstanın Qara dəniz
sahillərində Rioni çayının aşağı axarında yerləşən Kolxidski çökəkliyini
göstərmək olar. Burada da daima meliorativ tədbirlər həyata keçirilir, o
cümlədən bataqlıqlar qurudulur. Bu da subtropik bitklərin davamlı və yük-
sək məhsul almağa imkan verir.
Mütəxəsislərin fikirincə təsərrüfat fəaliyyətində 35 növdən artıq me-
liorasiya işləri aparılır. Onların əsaslarından biri- torpağın meliorasiyasıdır-
su, hava, duz, istilik, biokimyəvi və fiziki-kimyəvi rejimləri süni olaraq
tənzimlənir. Bu sadadıqlarınıza əsasən torpağın meliorasiyasının özünün 30
növü var. (Suvarma və qurutma, aqromeliorası və fetomeliorasiya, gilli
torpaqların qumlanması, torpağın əhəngləşdirilməsi, səthi aktiv maddələrin
verilməsi).
Bir çox hallarda torpağın qurudulması və suvarılması zərərli və
təhlükəli ola bilir.
Suvarma ən qədim meliorasiya üsuludur, məhsuldarlığın artırılma-
sında, kənd təsərrüfatı intensifikasiyasında az rütubətli torpaqlarda geniş
istifadə olunur. Suvarma əkinçiliyi təbiət qanunlarına söykənir (miniumum
qanunu,optimum qanunu, faletorların əvəz olunmaması qanunu və s).
B.P.Vilyams torpaqşünaslığın elmi əsaslarını yaradarkən bitki məhsul-
darlığını artıran bu qanunauyğunluqları öyrənmişdir.
Suvarmanın ən təhlükəli nəticələrindən biri torpaqların duzlaşmasıdır.
Duzlaşmadan planetdə hər il 300 min ha suvarılan torpaq sıradan çıxır
qeyri-məhsuldar torpaqlar 25 mln.ha çatıb.
Qədimdən suvarılan torpaqlarda duzlaşma daha çoxdur. (Misir, İrak,
Pakistan). ABŞ-da duzlaşmış torpaqların massivi 27%-dən çoxdur. Keçmiş
SSRİ-də 184 ha-a çatıb.
Torpağın 3 tip duzlaşma balansı var. Stabil (duz ehtiyatı dəyişmir);
duzlaşma balansı (duz balansı artır); duzsuzlaşma balansı (torpaq qatında
duzun miqdarı azalır).
Asan həll olan duzların torpaqda olması bitkinin böyümə və inkişafına
pis təsir edir. Bu duzlar 3 müxtəlif faktorun təsirindən yaranır: osmotik
təzyiq, bitkinin nəmliyi pis mənimsəməsi. Buna görə də duzlu torpaqlarda
çox vaxt quraqlıqdan əziyyət çəkirlər.
Başqa bir faktor bitkinin böyüməsinə pis təsir edən ionların spesifik
təsiridir. Ce
+2
, SO
4
-2
, HCO
3
-2
, Na
+
, Ca
+2
, Mg
+2
, bəzən
NO
3
-
və K
+
5%-dən
çox yığılan Ce
+2
və 0,2%-dən Na
+
yarpaqların yanması baş verir. Na+ və
Ce- ionları çox olduqda yarpaqlarda transpirasiya pozulur. Torpaq məhlu-
unda Ca
+2
ionlarının yüksək qatılığı Mg
+2
və K
+
kationları ilə mənfi təsirini
şərtləndirən – Na
+
kationlarının təsirindən torpağın xassəsinin kəskin pisləş-
məsidir. Bu zaman torpağın strukturasızlaşması
baş verir,
bu da bir çox kənd
128
təsərrüfatı bitkilərinin normal inkişafına mane olur.
Nəhayət 3-cü faktor, asan həllolan duzların bitkiyə mənfi təsirini
şərtləndirən Na
+
kationlarının təsirindən torpağın xassəsinin kəskin pisləş-
məsidir. Bu zaman torpağın strukturasızlaşması baş verir, onun su və hava
rejimi pisləşir.
Duzlu torpaqların məhsuldarlığının artırılmağına yönələn əsas melio-
rativ tədbir- su ilə yumadır, bunun nəticəsində həll olması 2 q/l olan duzlar
ayrılır. Gipsi olmayan sodalı torpaqlarda duza davamlı bitki növlərinin
seçilməsi məqsədə uyğundur.
Duzlaşmanın bir hissəsi qeyri rasional suvarma zamanı baş verir. Bu
proses ikinci duzlaşma adlanır. Əgər torpaqda bitki üçün zəhərli olan
duzların kütləsinin 0,10%-dən artığı varsa və ya gipissiz torpaqların bərk
qalığında 0,25% duz olarsa belə torpaqlar duzlu hesab olunur. Duzlaşmanın
çoxlu forması vardır və duzlu torpaqların çox saylı növmüxtəlifliyi vardır.
Dostları ilə paylaş: