texnogen atılmaları ilə. (Şəkil 2.14 ).
Şəkil. 2.14. Turş yaığşların yarnma sxemi (Suravegina, Məmmədov 1996)
125
Y.A.İzraelin (İzrael, 1984) hesablamalarına görə yalnız turş yağışların
təsiri nəticəsində keçmiş SSRİ- nin şimal Qərb hissəsində kənd təsərrü-
fatına il ərzində 100 mln manat ziyan dəyir. Belə torpaqları neytrallaşdırmaq
üçün 3,5 mln ton əhəng vermək lazımdır. Şərti olaraq ziyanın hər vahidinə
35 kq əhəng düşür.
Turş torpaqlarda mineral gübrələrin effektivliyi 30-40 % aşağı düçür,
N-un itkisi artır, qida elementlərinin becərilən bitkilərə daxil olması pozulur,
məhsulda ağır metalların və radionuklidlərin toplanması intensivləşir,
məhsulun keyfiyyəti pisləşir, əlverişsiz şəraitdə aqrosenozların dözümlülüyü
azalır.
Torpaq uducu kompleksdə H
+
və Al
+
ionlarının Ca
2+
və Mg
2+
ionları
ilə əvəzləşməsinə əsaslanan əhəngləşdirmə turş torpaqların yaxşılaşdırılma-
sında əsas üsul hesab olunur. Hansı ki, turşuluq dərəcəsinə və melioranta
təlabatına görə aşağıdakı qaydada bölünür:
KCl sorulmasında pH
Torpağın
turşulluq
dərəcəsi
Əhəngləşməyə təlabat
˂4,5
Həddən çox turş və çox
turş torpaqlar
Həddən çox və çox
4,6-5,0
Orta turş torpaqlar
Orta tələbat
5,1-5,5
Zəif turş torpaqlar
Az (aşağı)
5,6-6,0
Neytrala yaxın
Çox az tələbat
˃6,0
Neytral
Yoxdur
Kənd təsərrüfat bitkilərinin əksəriyyəti pH 6,0....6,5 olan turş
torpaqlarda daha yaxşı inkişaf edir. Onları torpağın turşuluğuna
münasibətinə və əhəngləşməyə təlabatına görə 5 qrupa bölmək olar:
I qrup – turşuluğa həddən çox həssas olan bitkilər pambıq, yonca,
xaşa, çuğundur, kələm, kənaf
pH=7
.
8
IIqrup- torpağın turşuıuğuna həssas olan bitkiklər soya, fasol, noxud,
yem paxlası, klever, günəbaxan, xiyar, soğan, salat. (pH=6...7)
III qrup- zəif həssas olanlar torpağın turşuluğuna: vələmir, yulaf, darı,
qarabaşaq, pişikquyruğu, pamidor, kök turp. (pH 4,5-7,5)
IV qrup- kətan və kartof. Bu bitkilər yalnız güclü turş torpaqlarda
əhəngləşməyə ehtiyac duyur (pH 5,5-6,0)
V qrup- göylyupin və sarı lyupin, seradella (paxlalılar fəsiləsindən, ot
bitkiləri), çay kolu (pH 4,5-5,0) bu bitkilər turşş torpaqlarda yaxşı inkişaf
edir, qələvi və neytral torpaqlarda pis inkişaf edir.