torpaq münbitliyindən asılı olan canlılara mənfi təsir edir. Mis tərkibli
pestisidlər nitrifikasiya prosesini dayandırır. Torpağa kimyəvi yükləmələr
Pestisidlərin intensiv tətbiqi torpağın sterilləşməsinə gətirib çıxarır (məsələn,
səviyyəsi və ya metabalik proseslərin aktivliyi ətrafında dözümlü tərəddüd
etmə) pozur yaradır, dominant formaların rezistentliyini dəyişir, eləcə də
117
yət pestisid təsirindən 60 güb ərzində bərpa olunursa mikrobosenozun
reaksiyası geri dönəndir; Əgər mikroorqanizmlərin müəyyən formalarının
50%-dən çoxunun inqibitorluğu vegetasiya dövrünün axırınacan saxlanırsa,
reaksiya geri dönməyən sayılır.
Herbisidlərin ot örtüyünün olmadığı və zəif inkişaf etdiyi yerdə
istifadəsi torpaq eroziyası prosesinin inkişafının ehtimalını çox dəfə artırır.
Su – biosferin əsas komponenti və biotanın mövcudluğu üçün əvəz-
olunmaz faktor – opestisidlərin yayılmasında əsas nəqliyyat vasitəsi hesab
olunur (başqa sözlə pestisidlər su ilə asanlıqla bir yerdən başqa yerə aparılır.
Torpaq və qurunt sular, daxili su anbarları, sonra isə Dünya okeanı toksi-
kantların cəmləşdiyi axırıncı məntəqə (punkt) olur. Lipofil pestisidlərin əra-
zilərdə davamlı istifadəsi, sututarların hökmən çirklənməsinə səbə olur.
Toksikantlar bərk və maye axınlarla qarışır. Səth suları qəzalar nəticəsində
birbaşa çirklənir.
Hesablamalara görə Volqa çayının aşağı axınında və onun deltasında
zəhərli kimyəvi maddələrin miqdarı bəzən YVQ-dan min dəfə çox olur.
Kubadan düyü əkilən ərazidə orta davamlı herbisidləri tətbiq etdikdə, çox-
illik müşahidələrin nəticələri göstərir ki, (Sokolov və b. 1994) suvarma sis-
temlərindən Azov dənizi limanlarının Axtaro-Qrivenski sisteminə həmin
pestisidlər daxil olur. Ksenbiotiklərin miqrasiyası birbaşa lil hissəciklərinə
birləşməklə baş verir. Limanların az sulu olması və zəif axını akvatoriyanın
başlanğıcında həmin lil hissəcikləri yığılır və geniş çirklənmiş zonalar
yaradır (bir neçə km-lə). Herbisidlərin qrunt sularından və çöküntülərindən
itməsi çox gec baş verir. Pestisidlərin tətbiqinin dünya təcrübəsi göstərir ki,
onlar özündə potensial təhlükə daşıyır. İnsan üçün zəhərli olmayan pestisid
yoxdur. Pestisidlərin saxlanmasında və istifadəsində bir çox hallar baş verir:
allergen təsir, kanserogen, mutagen, dəri-aşılayıcı təsir, insanlarda embrio-
gen və embriotrop təsir və s.
Tətbiq olunan pestisidlərin birbaşa və dolayı təsirindən yaranan
neqativ hadisələrin çoxluğu, ekoloji nöqteyi-nəzərdən qanunauyğun səbəb-
nəticə əlaqələri və asılılığının olduğunu düşünməyə vadar edir. Mur (Moore,
1967) bu səbəbdən böyük marağa səbəb olur. Tədqiqatçı göstərir ki, pesti-
sidlərin təsiri bu sxemlə baş verir: pestisidlər
ziyanvericilər, xəstəliklər,
alaq otları
bir neçə ―ikinci effektlər‖.
Faktiki olaraq istifadə olunan pestisidlərin təsiri başqa sxemə tabedir:
Pestisidlər
Bütün ekosistem
Doğrudur ki, başlanğıc məlumatlar ondan çıxan hissəciklər birlikdə
tamamilə səhv ola bilər. hazırda ekosistemə tətbiq olunan istənilən pestisid
onda dərin dəyişikliklər yaradır. Pestisidlərin təsiri heç vaxt birtərəfli olmur.
118
Pestisidlərə aid olan bütün xassələri cəmləşdirək, aşağıdakılara diqqət
yetirmək lazımdır:
- Bir qayda olaraq, pestisidlər biosferin canlı maddəsinə geniş
diapazonla toksiki təsir edir; Aydındır ki, ümumi qəbul olunmuş adlar –
herbisidlər, insektisidlər, funqisidlər və s. - bu maddələrin təbii kompleks-
lərə və onların komponentlərə mümkün olan real təsiri haqda kifayət qədər
təsəvvür yaratmır;
- Pestisidlər heyvanlar və insanlar üçün həddən artıq zəhərlidir;
- İstənilən aqrosenozda təsir olunan formalar növlərin ümumi sayının
çox az hissəsini təşkil edir (biosferdə maksimum 0,5%) pestisidlər tətbiq
olunduqda təkcə təsir obyektləri deyil, həm də təsir nişangahı olmayan bir
çox başqa növlər, o cümlədən təsir olunan formaların təbii dəyişmələri və
parazitləri zədələnir;
- Pestisidlər həmişə populyasiyalar əleyhinə istifadə olunur;
- Pestisidin təsiri populyasiyanın sıxlığından asılı deyil, lakin onları o
vaxt istifadə edirlər ki, artıq təsir obyekti olan populyasiyaların sayı çox
artmış olur;
- Səhv rəhbərlik nəticəsində ziyanvericilərin məhvinə lazım olduğun-
dan çox miqdarda preparat sərf olunur;
-
İstənilən preparatın ―məqsədli‖ istifadəsinin azlığı və təsir müddə-
tinin qısa olması (ətraf mühitdə qaldığı müddəti 1-2%-i);
-
Pestisidlərin qalıq miqdarı qida (farofik) zəncirdə akkumulyasia
(toplanır) və biokonsentrasiya olur;
-
Pestisidlərin qalıq miqdarı emal olunan ərazidən daşınmalıdır;
-
Zərərli orqanizmlərin pestisidlərə qarşı rezistentliyini yüksək olan
formalar yaranır;
-
Bir çox faydalı orqanizmlər məhv olur və biosenozlarda qarşılıqlı
əlaqələrin dərin pozulması baş verir;
-
Bir sıra preparatların biota patogen və genetik təsiri ilə bağlı uzaq
nəticələrin ehtimalı yüksəkdir.
Yuxarıda deyilənlər aşağıda əyani göstərilib. Burada pestisidlə
yüklənmənin təsirindən demekoloji və biosenotik effektlərin yaranmasının
xüsusiyyətləri aydınlaşdırılır. (Şəkil 1.12)
Baş dəyişiklər son nəticədə biotik potensialın azalmasına və bioloji
tarazlığın pozulmasına aparır ki, bu da biosfer proseslərində kəskin
disbalans yaradır.
Obyektiv reallıq tələb edir ki, pestisidlərin istifadəsini tələb edən
kimyalaşmanın vəzifələrinin həllində müsbət və potensial mənfi effektlərin
arasında dəqiq balans saxlanırdı.