2.5.2. Mikrob kompleksinin biogeosenotik fəaliyyəti
Mikrob kompleksinin xarakteristikası. Mikroorqanizmlər torpaq
canlılarının daha çox öyrənilmiş qrupudur, bu akademik Y.N.Mişustinin və
onun tələbələrinin işlərilə bağlıdır. Torpağın mikroskopik sakinləri həddən
ziyadə çox və müxtəlifdir. Torpağın mikrosakinləri -bakteriyalar, göbələk-
lər, aktinomisetlər, çoxsaylı yosunlardır. Bu orqanizmlər çox kiçik ölçülərə
malikdir: bakteriya hüşeyrəsinin kütləsi 2,92.10
-12
qr, ölçüsü 0,5-1,0 mkm-
dir. Onlar yüksək fermentativ aktivliyə, ətraf mühitin ən kiçik dəyişməsinə
yüksək həssaslığa və toksinlər (mikotoksinlər) yaratmağa malik olmaqla,
çox qısa ömürlüdürlər.
Oksigenə münasibətinə görə mikroorqanizmlərlo aerob və anaerob or-
qanizmlərə bölünürlər, qidalanma qabiliyyətinə görə avtotrof və heterotrof-
durlar. Torpaq-ekoloji faktorlardan asılı olaraq mikroorqanizmlərin sayı
kəskin dəyişir.
Dostları ilə paylaş: |