Simbiotik (mutualitik) tipli assosiasiyalar daha çox əhəmiyyətə malik-
dir. Məsələn, paxlalı bitkilərin kökyumruları bakteriyaları, şibyədə göbələk
və yosun, mikoriza (göbələk-kök), ağac bitkilərini qida elementləri, xüsusən
P və K –la təmin edir. Şam ağacı əkinləri onların köklərində mikoriza olma-
sa çox pis inkişaf edirlər. Əlaqə adətən qidalanma ilə həyata keçirilir. Mik-
roorqanizm sahibini vitaminlərlə, stirollarla təchiz edir, ondan isə ―qan və
qida‖ alır. Göbələk sporlarının torpaqda olmaması pitomnikləri və əkinləri
yaratmağın çətinləşməsinə səbəb olur, xüsusən çöl zonasında.
Bioloji əlaqələrin çoxluğundan danışarkən, qeyd etmək lazımdır ki,
senozun inkişaf prosesindən və ətraf mühit şəraitindən asılı olaraq, bu
əlaqələr dəyişə bilir, onlar daimi deyil. Bunları aqroekosistemləri yaradar-
kən və təsərrüfat tədbirlərini həyata keçirərkən nəzərdə saxlamaq lazımdır.
|