və digər komponentlərin çirklənməsinin kriteriyaları və göstəricilərinin
zonada nəzarət (fon) ərazisinin analoji göstəriciləri ilə müqayisə olunur.
Nəzarət (fon) kimi tibbi-demoqrafik göstəricilərin daha əlverişli qiymətləri
qeydə alınan yaşayış məntəqələri (ya da onların ayrı - ayrı hissələri) götü-
228
rülür. Bu göstəricilər kənd və şəhər yaşayış yerləri üçün bir neçə punkt üzrə
fərqli təyin olunmalıdır. Bir neçə minimal göstəricilərin orta qiyməti nəzarət
(fon) kimi qəbul olunur. Nəzarət qiymət kimi respublika, ölkə, vilayət üzrə
yalnız orta qiyməti istifadə etmək olmaz. 10 il müddətində və bu müddət
ərzində onların dinamikası görə hesablanmış göstəricilərə üstünlük verilir.
Yalnız nisbətən az rast olunan, eləcə də antropogen mənşəli ətraf mühit
faktorları ilə etioloji bağlı olan spesifik xəstəliklər və sağlamlığın vəziy-
yətinin bəzi digər pozuntuları istisna olunur. Nəzarət rəqəmi kimi ərazi üzrə
əvvəlki illərin məlumatlarından istifadə etməyə yol verilir.
Əlahiddə ekoloji hadisələr zonasını və ya ekoloji fəlakət zonasını
ekoloji əlverişsizliyin ən yüksək dərəcəsini əks etdirən, bir və ya bir neçə
əsas və əlavə göstəricilərə əsasən müəyyən edirlər.
Azərbaycanda ekoloji epidemiologiya üzrə vahid metodik rəhbərlik
olmadığından, materiallar hazırlanarkən uyğun nazirliklərin (Səhiyyə, Sa-
nepiden nəzrət, Dövlət statistika və s.) qüvvədə olan instruktiv- metodiki
sənədlərinə istinad etmək olar.
Dostları ilə paylaş: