227
Dinamik kriteriyalar - təbii mühitin əlverişsiz dəyişmələrinin artma
sürətinə görə ekoloji pozulma zonalarının üzə çıxarılması üçün daha eti-
barlıdır (ağır metalların toplanma sürəti, mütəhərrik qumların sahələrinin
artma sürəti).
Ekoloji pozulma zonalarını üzə çıxaran statistik kriteriyalar onların
bütün şübhəsizliyi ilə öyrənilən situasiyanın obyektiv qiymətləndirilməsi
üçün kifayət deyil, çünki onlar fəlakətin həqiqi təsviri haqda tam təsəvvür
yarada bilmir. Qeyd etmək lazımdır ki, böhran və fəlakət əlamətləri olan
təbii sabit zonalar var ki, onlar nə antropogen, nə də dinamik mənşəli
deyillər. Belə ki, məşhur biokimyəvi əyalət (məsələn, Cənubi Uralda və ya
Altayda) statistik biokimyəvi göstəricilərə görə ekoloji böhran zonasına
daxil edilə bilər. Bununla yanaşı dinamik kriteriyalara görə onlar belə de-
yillər, çünki torpaqda və bitkilərdə metalların yüksək miqdarda qatılığı artıq
antropogenezə qədər var idi. Eynilə də başlanğıcdan bərk olmayan qumları
– davamlı təbii eroziya komplekslərini (məsələn, Arçadinsk) ekoloji fəlakət
zonası hesab etmək olmaz.
Dinamik kriteriyaya görə V.V.Vinoqradov bitki örtüyünün dinamiz-
mini dörd sinfə bölür. Sabit ərazilər – orta çoxillik və dövri fluktasiyaya
uğrayan sahənin ildə dəyişmə sürəti yalnız 0,5% - dən az olur. Orta dinamik
ərazilər – ildə dəyişmə sürəti sahənin 1...2-ni təşkil edir, tam dəyişmə
50...100 ildə baş verir və ekoloji böhran vəziyyətinə uyğun olan zəif biruzə
çıxan rejim formalaşdırır. Güclü dinamik ərazilər - ildə dəyişmə sürəti
sahənin 4% -indən çoxunu təşkil edir, tam dəyişmə 25 ildən az müddətə
başa çatır və belə ərazilər ekoloji fəlakət zonalarına uyğun gəlir. Ekoloji
fəlakət zonaları seçilərkən müşahidələrin əsaslı surətdə davam etdirilməsi
lazımdır. Hesab olunur ki, dəyişmənin xətti sürətini dəyişmək üçün minimal
müddət 8...10 il, qeyri-xətti üçün isə 20...30 il təşkil edir.
30>40>10>20>30>30>70>
Dostları ilə paylaş: