Torpağın pozulmasına görə ekosistemin vəziyyətinin ayrılması
Göstərici
H
P
K
B
Torpağın münbitliyi,%Potensi >85
65-85
65-25
<25
Humusun miqdarı, ilkinə görə
%-lə
>90
70-90
30-70
<30
Torpağın ikinci duzlaşma
sahəsi %
<5
5-20
20-50
>50
Torpaq horizontunun yuyulma
dərinliyi
A
1
və ya
0,5
A horzontı
yuyulub
A və AB
horizontları
qismən
yuyulub
A və B
horzontları
yuyulub
Külək
eroziyasının sahəsi
(tamailə sovrulmuş torpaqlar),
%
<5
10-20
20-40
>40
Məkan kriteriyası ekosisteminin zədələnməsi sahəsinin qiymətlən-
dirilməsi üçün pozulma dərəcəsini nəzərə almaqla böyük əhəmiyyət kəsb
edir. Əgər pozulma sahəsi böyük deyilsə, onda eyni təsir zamanı az pozul-
muş sahənin bərpası geniş pozulmuş sahəyə nisbətən daha tez bərpa olunur.
Əgər pozulma sahəsi yol verilən sahəni keçirsə, onda mühitin pozulması
praktiki olaraq geri dönməyəndir və fəlakət (qəza) səviyyəsinə daxil olur.
Məsələn, on, hətta yüz kilometrlərlə meşənin yanması praktiki olaraq geri
dönəndir, çünki meşə bərpa olunur – bu fəlakət deyil. Ancaq əgər meşə
yanğınları sahəsi və ya bitki örtüyünün digər texnogen pozulma formaları
10-100 min hektarlarla olduqda ekoloji vəziyyət geri dönməyəndir və hadisə
fəlakət kimi təsnifləşdirilir. Beləliklə qəza pozuntularının ölçüsü kifayət
qədər böyükdür və V.V.Vinoqradova görə, bitki örtüyünün tipindən və
geoloji-geoqrafik şəraitdən asılı olaraq 10...100 min ha keçir.
Pozuntular nə qədər ciddi olarsa, onun təsirinin görünən sahəsi bir o
qədər çox olar. Ekoloji pozulma zonasının məkan kriteriyası kimi tədqiq
olunan ekosistem sərhədlərində dövriyyədən çıxarılmış torpağın nisbi sahəsi
götürülür. Hətta normal bitki örtüyündə pozulmuş torpaqların nisbi sahəsi
5%-ə çata bilər, ekoloji fəlakət zonasında isə 50%-dən çox olur. Tematik
kriteriyalarla üzə çıxan pozulmanın eyni mərhələsində pozulmanın nisbi
226
sahəsinin artması təhlükənin daha yüksək səviyyəsinə uyğun gəlir. Bu
100...200 min ha sahəli adminstrativ rayon üçün matritsa kimi ifadə oluna
bilər. Aşağıdakı cədvəldə belə matritsanın nümunəsi verilmişdir. (Cədvəl
2.53)
5>5>30>25> Dostları ilə paylaş: |