V.V.Vinoqradov özündə kriteriyaların 3 sinfini birləşdirən biotik gös-
təricilərə ayırmağı təklif edir: tematik, məkanca yayılma və dinamik.
Tematik kriteriyaların tərkibinə botaniki (geobotaniki və biokimyəvi),
zooloji və torpaq qiymətləndirici göstəricilər daxildir. Bioloji komponentlər
istisna olmaqla, onlar analiz olunan komponentin ehtiyatlar potensialını
xarakterizə edir, onun vasitəsilə ekosistemin vəziyyəti xarakterizə olunur.
Geosfer qabığı üçün üç qiymətləndirmə göstəriciləri təklif olunur:
birbaşa (əsas), dolayı və indiqator. Dərin geri dönməyən dəyişikliklərə
insanların bir nəslinin həyat dövründən az olmayan –nisbətən qısa tarixi
müddətdə baxmaq lazımdır.
Əhalinin sağlamlığının əhəmiyyətli dərəcədə pisləşməsi dedikdə, ətraf
mühitin çirklənməsindən yaranan spesifik xəstəliklər və ölüm səbəblərinin
strukturunun dəyişməsi, geri dönməyən, həyatla uzlaşmayan sağlamlığın
pozulması başa düşülür. Əhalinin sağlamlığının təhlükəsi dedikdə, ətraf
mühitin çirklənməsi ilə əlaqədar olan, sağlamlığın geri dönən pozuntularının
tezliyinin artması başa düşülür (geyri-spesifik xəstəliklər, fiziki və pisixi -
əsəb pozuntularının inkişafı və.s).
ƏTM vəziyyəti və insanın yaşama mühitinin keyfiyyətini hava
şəraitinin, suyun, torpağın çirklənməsi, təbii ehtiyatların tükənməsi və eko-
sistemlərin deqradasiyasının kriteryaları xarakterizə edirlər. Təbii mühitin
keyfiyyəti həm ümümiekoloji, həm də sanitar –gigiyenik tələbatların cəmi
kimi də qiymətləndirilir.
|