M ü n d ə r I c a t


   Torpağın çirklənməsi və deqradasiyası



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə211/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   207   208   209   210   211   212   213   214   ...   437
2.9.7.   Torpağın çirklənməsi və deqradasiyası    

Torpağın  vəziyyətinin  ekoloji  qiymətləndirilməsinin  kriteriyasının 

seçilməsi onların yerləşməsinin spesifikliyi, genezisi, buferliyi, eləcə də isti-

fadəsinin əsas xüsusiyyətləri ilə təyin olunur.   

Torpağın  çirklənməsinə  səbəb  olan  fəaliyyət  növünün  üzə  çıxması, 

müayinə  olunan  ərazinin  miqyası  və  xarakteri  haqda  tam  təsəvvür  verir. 

Torpağın  vəziyyətinin  qiymətləndirilməsində  ekoloji  əlverişsizliyin  əsas 

göstərici  fiziki  deqradasiyanın,  kimyəvi  və  bioloji  çirklənmənin  kriteri-

yalarıdır.  

Ərazinin  ekoloji  vəziyyətinin  kriteriyalarından  biri  kimi,  torpağın 

deqradasiyası nəticəsində torpaqdan istifadəyə yaramayan sahəni istifadə et-

mək  olar  (eroziya,  defilyasiya,  ikinci  duzlaşma,  şoranlaşma,  bataqlaşma). 

Əsasən neqativ proseslər (tikinti işlərində və faydalı qazıntıların açıq üsulla 

çıxarılmasında torpaq örtüyünün mexaniki götürülməsi; insanlar tərəfindən 

yaradılan  eroziya  və  defliyasiya)  torpaq  horizontunun  pozulmasına  səbəb 

olur, hansı ki, torpağın deqradasiya kriteriyası kimi qəbul olunur.  

Torpağın ekotoksikoloji qiymətləndirilməsi üçün konkret çirkləndirici 

maddənin  YVQ  neçə  dəfə  keçməsini  istifadə  etmək  məqsədəuyğundur.  

Bəzi inqridientlər (məsələn, kadmium) üçün təsdiq olunmuş YVQ olmaması 

üzündən torpağın  maye  fazasında çirkləndirici  maddələrin miqdarının təbii 

sular  üçün  YVQ-ın  müvafiq  qiymətlərinə  nisbətindən  istifadə  etmək  töv-

siyyə olunur. Torpağın çirklənməsinin kompleks göstəricisi onun fitotoksik-

liyidir – çirklənmiş torpaqların ali bitkilərin toxumunun cücərməsinə, böyü-

mə və inkişafına təzyiq göstərməsi qabiliyyətidir (test göstəriciləri).  



240 

 

Torpağın  bioloji  deqradasiyasının  əlaməti  torpaq  mikroorqanizmlə-



rinin  həyat  fəaliyyətinin  azalması  ilə  üzə  çıxır,  bu  zaman  aktiv  mikrob 

biokütləsi azalır, eləcə də daha geniş yayılmış göstərici - torpağın tənəffüsü.  

Torpaqda çirkləndirici maddələrinYVQ keçməsinin dəfəliyini onların 

hərəkətli formalarına görə qiymətləndirmək lazımdır.   

Torpağın  ekoloji  vəziyyətinin  əsaslı göstəricilərindən biri  – potensial 

münbitliyi xarakterizə edən senozların bioloji məhsuldarlığıdır. Kənd təsər-

rüfatı ərazilərinin torpaqları üçün belə göstərici orta məhsuldarlıqdır.  

Ekspert  qiymətləndirməyə  uyğun  olaraq,  ekoloji  fəlakət  zonası  üçün 

məhsuldarlığın 75%-dən çox, fövqəladə ekoloji hallar ərazisi üçün 50 ...75% 

azalmasını  qəbul  etməktövsiyyə  olunur  (verilən  yer  və  bitki  üçün  aqrotex-

niki və aqrokimyəvi tədbirlər kompleksinin keçirilməsi şərtilə).   

Baxılan  ərazinin  çirklənmə  dərəcəsinin  indiqatoru  olan  əlavə  gös-

təricisi  (torpağın,  havanın,  səthi  və  yeraltı  suların)  keyfiyyət  üzrə  normativ 

təlabatlara  (pestisidlərin,  toksiki  elementlərin,  mikotoksinlərin,  nitratların, 

nitritlərin və s. qalıq miqdarı) uyğun olmayan məhsulun payıdır.  

Torpağın vəziyyəti haqqında məlumatları, əsas göstəricilər və çirklən-

dirici maddələrin komponent tərkibinə görə informasiyanı birləşdirən, ətraflı 

tematik kartoqrafik materiallar kimi təqdim etmək lazımdır. 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin