Ehtiyat kriteriyalarına görə səth sularının vəziyyətinin sıralanması
Qiymətləndirmənin göstəricisi
I (N)
II (R)
III (B)
IV (F)
Çay axının dəyişməsi, % başlangıca görə
Eyni zamanda atılan suyun həcmi, m
3
/san
15
5
15- 20
1 – 5
50– 70
1
75
Yoxdur
Səth sularının vəziyyətinin sinifləri üzrə onların dərəcələnməsi ―razı-
laşma‖ ilə həyata keçirilir və mütəxəssislərin tövsiyələrinə əsaslanır.
2.9.6. Yeraltı sular
Yeraltı suların keyfiyyətinin (vəziyyətinin) qiymətləndirilməsi direk-
tiv və normativ sənədlərlə kifayət qədər ciddi reqlamentləşdirilir və YVQ
münasibətə görə müəyyən olunur. Yeraltı suların texnogen çirklənməsinin
miqyasını qiymətləndirmək üçün V.M.Qoldberq hesablamanın müəyyən
fiziki nöqtələrini istifadə etməyi təklif edir: təbii vəziyyətdə yeraltı suyun
keyfiyyəti (C
t
) və içməli su kimi istifadə olunan yeraltı sularda çirkləndirici
maddələrin yol verilən qatılğı (YVQ). Yeraltı suların çirklənməsini xarak-
terizə etmək üçün çirklənmənin sahəsinin ölçüləri də mühüm əhəmiyyət
kəsb edir. Beləliklə, yeraltı suların çirklənməsinin vəziyyəti iki göstərici ilə
təyin olunur – yeraltı suyun keyfiyyəti (C
t
) və çirklənmənin sahəsi ilə (F).
Buna əsaslanaraq, yeraltı suların vəziyyətinin dörd səviyyəsini (sinfini)
ayırırlar:
1.
Nisbi əlverişli (norma). Əsasən yeraltı suların keyfiyyəti C
t
ilə qar-
şılıqlı ölçüləndir, onu keçə bilər, lakin YVQ həddinin çərçivəsindən çıxmır,
başqa sözlə, C
t
˂ C/YVQ; bu zaman çirklənmə sahəsi olmur və ya əhəmiy-
yətsiz ölçülərdə olur (F ˂ 0,5 km
2
).
2.
Neqativ dəyişmələrə meylliyin daima üzə çıxması (risk sinfi).
Yeraltı suyun keyfiyyəti fasiləsiz olaraq pisləşir. O, YVQ-a çatır və ya
onu ötüb keçir, lakin ayrı-ayrı sahələrdə 3...5 YVQ-dan çox ola bilməz
(F = 0,5...5 km
2
).
239
3.
Krizis (böhran) vəziyyəti. Böyük sahələrdə yeraltı suların keyfiy-
yəti xeyli (10 dəfəyə qədər) YVQ keçir, başqa sözlə, YVQ ˂ C/YVQ; bu
zaman çirklənmə sahələrinin ölçüləri 5 - dən 10 km
2
- ə qədər dəyişir.
4.
Fəlakət vəziyyəti (fəlakət). Çirklənmə zonasında yeraltı suyun
keyfiyyəti 10 YVQ - dan çoxdur və yüksəlməyə meyllidir.
Birinci halda hər hansı təbiəti mühafizə tədbirinin həyata keçiril-
məsinə ehtiyac yoxdur; əsas – qanunvericiliyin tələbatlarına riayət etmək və
yeraltı suyun vəziyyətinə nəzarət etməkdir; ikincisində – məhdudlaşdırıcı
tədbirləri nəzərdə tutmaq məqsədəuyğundur, üçüncüsü və dördüncüsündə -
daima xüsusi mühafizə tədbirlərini həyata keçirmək lazımdır.
Yeraltı su ehtiyatlarının qiymətləndirmə kriteriyası kimi bir neçə əsas
göstəricini tövsiyyə etmək olar. Istismar ehtiyatlarının modulu çox mühüm-
dür, hansı ki, lazım gələndə mərkəzləşmiş su təchizatı üçün istifadə olunan
su horizontuna görə differensasiya oluna bilər. Belə məlumatlar işin layihə
hazırlığı mərhələsi üçün çox vacibdir.
Dostları ilə paylaş: |