Şeliteb zona - yaşayış massivləri, ictimai binalar, eləcə də ayrı-ayrı
ekoloji kommunal və sənaye obyektləri üçün (təhlükəsiz və sanitar mühafizə
zonası tələb etməyən), şəhər daxili əlaqə yollarının qurulması, küçələr, mey-
danlar, parklar, bağlar, sahillər və s. üçün nəzərdə tutulmuş məkandır.
Ekoloji tələbbri nəzərə almaqla seliteb zonanın formalaşdırılması və
əsaslı təş-kili aşağıdakıları nəzərdə tutur:
-
verilmiş rayonun (ümumi klimatik və landşaftdan başlayaraq) ümu-
mi ekoloji parametrlərinin qeydiyyatı; (uçotu);
-
ətraf mühitin vəziyyətinin seliteb kompleksin deqradasiyası ilə mü-
qayisəli analizi;
-
mühəndis-ekoloji xüsusiyyətlərin istifadə olunması (ərazinin ekoloji
tutumu, təbii kompleksin biogeokimyəvi aktivliyi, demoqrafik tutum, çoxal-
ma qabiliyyəti və s).
-
hava və su baseynlərinin mühafizə dərəcəsi, torpaq-bitki örtüyünün
sənaye obyektlərinin texnoji təzyiqindən mühafizə dərəcəsi, nəqliyyat sis-
temləri, əkinçiliyin kimyalaşması prosesləri, məişət və heyvandarlıq tullantı-
larının daşınması və utilizasiyası, xüsusi təhlükəli maddələrin zərərsiz-
ləşdirilməsi (radioaktiv, yüksəkzəhərli, kanserogen).
Şeliteb zona ərazisindən istehsal və nəqliyyat obyektlərini (ekoloji
nöqteyi-nəzərdən yol verilməz mənfi təsir edənləri) çıxarmaq lazımdır, ağır
məişət tullantıları problemlərini həll etmək, ekoloji təlükəli obyekləri (avto-
zapravkaları, elektrik xətlərini) əhaliyə minimum təsir edən optimal vəziy-
yətdə yerləşdirmək; səs-küy, vibrasiya təzyiqlərini azaltmaq və sözsüz, məs-
kunlaşma yerlərinin (xüsusi şəhərlərdə) təbii sistemlərinə münasib və kons-
truktiv qayğı vacibdir.
Şəhərlərin müasir istehsal vəziyyəti və digər infrastrukturlaı böyük
ərazilər tələb edir: məsələn, havanın, suyun, torpağın əlverişli ekoloji vəziy-
yətini saxlamaq üçün (cədvəl 2.64.).
|