təlif amillərdir. Onlardan ən vacibi öz həyat fəaliyyəti nəticəsində bir başa
36
və dolayı yolla təsir edən insan faktorudur – antropogen faktor. Su höv-
zələrinin faunası ovlanma nəticəsində kasadlaşmışdır. Məsələn, Xəzərdə,
Kür və Araz çaylarında, süni sututarlarda, Kür ətrafı çay-dərə göllərində in-
tensiv balıq ovu onların həm növ tərkibinə, həm də ümumi sayına ciddi
zərbə vurur. Okeanlarda nəzarətsiz ovlanma nəticəsində bəzi balina növ-
lərinin sayı o qədər azalmışdır ki, çoxları onların məhvini labüd sayır.
Monokultur təsərrüfat – aznövlü sistem özünün təbii dayanıqlığını
itirir və insanı əkinləri müdafiə etmək üçün daha çox qüvvə və enerji sərf
etməyə məcbur edir: o, torpağı gübrələyir, əkin qatını becərir, alaqlarla mü-
barizə aparır. Getdikcə daha az növ burada özünə məskən tapa bilir, be-
cərilən torpaqlar getdikcə daha şox səhranı xatırladır.
İnsanın müdaxiləsi çox vaxt təbii şərait müxtəlifliyinin azalmasına
səbəb olur. Məsələn, sellüloza sənayesində istifadə olunan ağaclara daha
əlverişli şərait yaratmaq üçün bir çox ağac cinslərinin məhv edilməsi nəti-
cəsində bircinsləşən meəşədə bitki və heyvanların növmüxtəlifliyi onun
başlanğıc qrupu ilə müqayisədə kəskin azalır.
Təbii məskənlərin dağılması çox vaxt onun fraqmentləşməsi ilə baş-
layır. Yazda sibir xoruzu cütləşmə yerinə axışır. Cütləşmə yeri üçün lazım
olan meşə sahəsi 5-8 hektrdan az olmamalıdır. Əlverişli olan meşə sahə-
lərinin azalması bu növün sayının azalmasına səbəb olur.
Azərbaycanda ekosistemlərin fraqmentləşməsi aşağıdakı bir neçə mü-
hüm istiqamətdə gedir: təbii qaz və digər yanacaq növlərinin qıtlığı üzündən
meşələr qırılır, bəzi qiymətli növlər qanunsuz kəsilir (palıd, qoz, qızılağac
və s.), ağac massıvlərinin bir-birindən ayrılması və seyrəlməsi meşələrin
təbii bərpasını zəiflədir, torpaqların eroziyasını gücləndirir, heyvanların
miqrasiya yollarını kəsir və s.
İnsanın fəaliyyəti nəticəsində istənilən təbii amilin dəyişməsi ekosis-
temlərin tarazlığının mütləq pozulmasına səbəb olur. Müxtəlif mənşəli –
təbii və antropogen çirklənmələr təbii və aqroekosistemlərin məhvinə, müx-
təlif pozuntulara səbəb olur. Biomüxtəlifliyin vəziyyətinə dair I Milli Məru-
zədə (2004) qeyd edilir ki, Abşeron yarımadasında 10 min hektar torpaq
sahəsi neftlə çirklənmiş və ərazinin bitki müxtəlifliyi üçün təhlükəyə çevril-
mişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Abşeronda neft buruqla-
rından fantan vuran xam neft dərələrdə süni ―neft göllərinə‖ axıdılır və
sonra çəlləklərə doldurulmaq üçün limana daşınırdı. Bu isə mazutun torpağa
hopmasına və müvafiq qrupların yaşayış mühitindən məhrum olmasıyla
nəticələnirdi.
Nüvə parçalanması məhsulu olan süni radionuklidlər – Stronsium-90
və Sezium-137 növlərin məhv olmasına səbəb olan faktorlardan ən güclü-
südür. Mühitdə pH-ın qiyməti 7-8-dən aşağı olanda turş mühit yaranır, bu da
37
setonövlərin məhvini labüdləşdirir. Su hövzələrində turş mühitin olması su
ekosistemlərinin məhsuldarlığını kəskin azaldır. Turş yağışlar göllərin məh-
vi ilə yanaşı meşələrin aşınmasına da səbəb olur. Bu yağıntılar digər çirk-
ləndiricilərlə birlikdə meşə ekosistemi üçün stress yaradır.
Nəzarətsiz və qaydasız urbanizasiya prosesində düşünülməmiş regio-
nal ərazi planlaşdırılması nəticəsində çox miqdarda növlərin məskunlaşma
mühiti pozulmuşdur. Meşə zolaqları və təbii landşaftlar böyük sürətlə öz
yerlərini yeni yaşayış yerlərinə, ticarət mərkəzlərinə, sənaye müəssisələrinə,
avtodayanacaqlara və s. verir. Bu işlər adətən plansız baş verir və tənzim-
lənmir.
XIX əsrin sonunda biomüxtəlifliyin itirilməsinin başlıca səbəbi iqlim
dəyişməsi olacaqdır. İqlimin gələcək dəyişilməsi yad növlərin yayılması və
torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə yanaşı, bəzi növlə-
rin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların nəslinin kökünün
kəsilməsini sürətləndirəcək.
İqlim dəyişkənliklərinin biomüxtəlifliyə təsiri Bioloji Müxtəlifliyə
dair Konvensiyanın üzvlərini çox narahat edir. Bununla yanaşı, iqlim dəyiş-
kənliklərinin nəticələrini yumşaltmaqla onlara uyğunlaşmaq imkanları hələ
də mövcuddur. Eyni zamanda müəyyən tədbirlər sayəsində biomüxtəlifliyin
mühafizəsini yaxşılaşdırmaq olar.
Atmosferdə su buxarları, karbon iki oksid və metan kimi qazlar
planetdə istixana effekti yaradır. Bunun da nəticəsində troposferdə havanın
temperaturunun hətta çox cüzi yüksəlməsi özü ilə bərabər digər çoxsaylı
dəyişikliklər törədir. Hazırda atmosferdə havanın temperaturunun hər 1
0
C
yüksəlməsi ilə Alyaskada iynəyarpaqlı meşələr yerini şimala doğru təqribən
100 km məsafədə dəyişir.
Növlərin temperaturun yüksəlməsi hesabına yüksək dağ rayonlarına
doğru yerdəyişmə imkanları çox məhduddur. Bu xüsusən endemik növlərin
məskunlaşdığı dağ ekosistemlərinə aiddir. İqlim dəyişməsi dağ ekosistem-
lərindəki alp növlərini öz yerlərini dəyişməyə məcbur edir və bəzən növlərin
itməsinə gətirib çıxarır. Məsələn, Alp dağlarında bəzi bitki növləri hər 10
ildə zirvəyə doğru 1- 4 m miqrasiya etmiş, əvvəllər zirvədə olan növlər isə
itmişdir.
Əhalinin sayca sürətlə artması insanları ənənəvi əkinçilikdən intensiv
əkinçiliyə keçməyə məcbur etmişdir. Hazırda 15-ə yaxın bitki və 8 heyvan
növü insanların ərzaq məhsullarına olan tələbatının əsas hissəsini təmin edir.
Dəyişən iqlimə, zərərvericilərə, xəstəliklərə, mürəkkəb becərmə şəraitinə
qarşı davamlı yeni sortların seleksiyası üçün ərzaq və kənd təsərrüfatı bit-
kilərinin yabanı əcdadlarından istifadə etmək olar. Təəssüf ki, əsas ərzaq
bitkilərinin yabanı növlərinin əksəriyyəti itmək təhlükəsi altındadır.