birgə mövcudluğunu təmin edə bilir. Mühitin məhsuldarlığı yaşayış
məskənində növ sayının artımına əsaslı təsir göstərir. Məhsudar yaşayış
yerlərində seçim genişdir və buna görə də burada ixtisaslaşma imkanı da
çoxdur. Bu isə daha çox növ sayının mövcud olmasına imkan yaradır.
III qanunauyğunluq – növ zənginliyi yüksək olan qruplar daha
sabitdir.
IV qanunauyğunluq – seçici yırtıcılıq növ müxtəlifliyini artırır.
İntensiv otarılma və ya fəal yırtıcılıq otların və müvafiq heyvanların
müxtəlifliyini əhəmiyyətli dərəcədə azaldır. Məsələn, ABŞ-ın Atlantik sahil-
lərindəki qayalı şelfdə dəniz ulduzu dəniz molyuskları ilə qidalanır, nəticədə
molyuskdan azad olan sahə yaranır, bu da molyuskla rəqabətə tab gətir-
məyən onurğasızlar üçün məkandır.
V qanunauyğunluq – nadir növlərin sayı və ona müvafiq olaraq,
Dostları ilə paylaş: |