irsən davamlı formasıdır. Ekologiya bitkilərin üç vacib ekotipini müəyyən
etdi: kserofit, hiqrofit və mezofit. Mədəni bitkilərin ekoloji – coğrafi siste-
35
növ
↓
Ekoloji-coğrafi tiplər
↓
Bioloji növmüxtəlifliyi
↓
Forma və sortlar
N.İ.Vavilov 1935-ci ildə mədəni bitkilərin 8 yaranma mərkəzini təklif
etdi. R.M.Jukovski Avstraliya, Afrika, Avropa – Sibir, Şimali Amerika
mərkəzlərini əlavə edib. R.Jukovskiyə görə bitkilərin 12 yaranma mərkəzləri
var.
1. Çin-Yapon mərkəzi 7. Aralıq dənizi mərkəzi
2. İndonezya- Hind-Çin 8. Afrika mərkəzi
3. Avstraliya mərkəzi 9. Avropa – Sibir mərkəzi
4. Hindistan mərkəzi 10. Orta -Amerika mərkəzi
5. Ortaasiya mərkəzi 11. Cənubi Amerika
6. Önasiya mərkəzi 12. Şimali Amerika .
N.İ.Vavilov mədəni bitkilərin yaranma mərkəzlərini zamana görə iki
qrupa bölüb: ilkin və ikincili mərkəzlər. İlkin genetik mərkəzlər daha qə-
dimdən yaranıb, ikincili mərkəzlər sonradan yaranıb. Onların yaranması
əkinçilik rayonları arasında əmtəə mübadiləsi və əlaqələrin inkişafı nəticə-
sində baş verib. Bu faktorların və inkişaf edən əkinçiliyin təsiri altında be-
cərilən bitki növlərinin yeni istehsalat coğrafiyası yaranıb. Mutasiya, növlər
arasında çarpazlaşma nəticəsində ikincili yaranma mərkəzlərində yeni for-
maların xüsusilə güclü yaranması prosesi başladı.
İlkin yaranma mərkəzləri, adətən mədəni bitkilərin yaranma mərkəzlə-
ri ilə üst-üstə düşür, lakin belə üst-üstə düşmələr olmaya da bilər. Məsələn,
buğdanın ilkin yaranma mərkəzi Zafqaziyadır. Elə buradaca həmin cinsin
daha çox növləri və növaltıqları vardır. Beləliklə, bu halda yaranma
mərkəzi növmüxtəlifliyi mərkəzi ilə üst-üstə düşür.
N.İ.Vavilovun mədəni bitkilərin yaranma mərkəzləri haqda təlimi -
irsi dəyişkənlikdə homoloji sıralar qanunu (bitkilərin yaxın növləri bir sıra
öxşar irsi dəyişkənliklərə məruz qalırlar) və sistematikanın ekoloji-coğrafi
prinsipləri başlanğıc materialın yaradılmaında əsas rol oynayır.
Dostları ilə paylaş: