Təbii patogen növlər. Azərbaycanın ərazisində bir sıra təhlükəli
bitkilərin virus mənşəli xəstəlikləri meşələrə və kənd təsərrüfatına külli miq-
darda ziyan vura bilər. Xəstəliklərin bəziləri vəhşi təbiətdə təbii infeksiya
ocağına malikdir. Məsələn, quduzluq – bütün növ heyvanlara yoluxması ilə
səşiyyələnir və mərkəzi sinir sistemini sıradan çıxarıb, ölümlə nəticələnir.
Miksomisetlərin parazit və patogen nümayəndələrinin əksəriyyətinə həm
faydalı yabanı, həm də mədəni bitkilər üzərində rast gəlmək olur.
Bütün parazit qurdlar müvafiq şəraitdə patogen ola bilər. Azərbay-
canda bir neçə qurd tiplərinin nümayəndələri tapılıb. Biomüxtəlifliyin vəziy-
yətinə dair I Milli Məruzədə qeyd edildiyi kimi, Azrbaycanda yastı qurdlar
tipindən 4000 növ, ilkboşluqlular tipindən isə 789 növ deydə alınmışdır.
Dostları ilə paylaş: |