39
ehtiyac duyan növlər. Çox vaxt bu kateqoriyaya az məlum növlər aid edilir,
onlar, bəlkə də, itmə təhlükəsi altındadır, lakin informasiya qıtlığı onların
populyasiyalarının vəziyyətini yüksək ehtimalla qiymətləndirməyə imkan
verir.
İtən növlər kateqoriyasına yırtıcı quşlar və məməlilər kimi qida
zəncirində yuxarı səviyyədə olan heyvanlar daha çox aiddir. Onlar hətta
pozulmamış məskunlaşma mühitində də nadirdir və antropogen təsirin
istənilən formasına çox həssasdır. Endemik növlərin həssaslığı yüksəkdir,
onların yayılması olduqca məhduddur. Nəhayət, I və II kateqoriyaya xüsusi
məskunlaşma mühiti tələb edən növlər, məsələn, qidasını yarpaqlı ağacların
çürümüş gövdələrində yaşayan həşarat sürfələri təşkil edən ağ ağacdlən
aiddir.
Yabanı buğdanın bütün dünya üçün əhəmiyyət daşıyan müxtəlifliyi
itmək təhlükəsi ilə üzləşir, onlarda areal daralması müşahidə edilir.
Respublika ərazisində olan bir çox meyvə, giləmeyvə, dərman və
sənaye əhəmiyyətli bir çox yabanı bitki sortları kütləvi surətdə məhv olurlar.
Kənd təsərrüfatı bitkilərinin xalq seleksiyası və elmi seleksiya yolu ilə
yaradılmış bir sıra növləri fermer təsərrüfatlarında az əkildiyindən və ex-situ
saxlanma şəraitinin lazımi şəraitdə olmaması nəticəsində itmiş, ya da itmək
təhlükəsi altındadır.
Dostları ilə paylaş: