Berqer- Parker indeksinin üstünlüyü hesablanmasının sadəliyindədir:
d = N
max
/ N, burada N
max
- ən çoxsaylı növün fərdlərinin sayıdır.
Simpson indeksi halında olduğu kimi, Berger-Parker indeksinin artması
müxtəlifliyin azalmasını və bir növün dominantlığını göstərir. Ona görə də
adətən Berger-Parker indeksinin tərs qiyməti istifadə olunur: 1/d.
Hazırda biosenozda növ müxtəlifliyinin qiymətləndirilməsi üçün 40-
dan artıq indeksdən istifadə olunur. Növmüxtəlifliyinin göstəricisi olan
indekslər bir-birindən tarazlığa və ya növ zənginliyinə üstünlük vermələrinə
görə fərqlənirlər.
İki biosenozun müxtəlıfliyini müqayisə etmək üçün oxşarlıq əmsalı
düsturundan istifadə olunur:
J =2a / (A+B) .100% (Çekanovski, Seransov);
burada, J- oxşarlıq əmsalı, a – 2 biosenoz üçün ümumi olan göstəri-
cilər, A və B biosenozların kəmiyyəti.
Biosenozda elə növlər yaşayıb inkişaf edə bilir ki, onun ekoloji
mövqeyinə öldürücü təsir edən faktor olmasın.
Dostları ilə paylaş: |