1.6.3.Yaşama yeri və ekoloji mövqe
Növün yaşama yeri onun ünvanıdır. Ekoloji mövqe həmin növün ya-
şama yerindəki ixtisasını, yəni oradakı kompleksə təsirini göstərir. Deməli,
ekoloji mövqe növün harada yaşamasından başqa, həm də nə rol oynamasını
bildirir. Ekoloji mövqe dedikdə, orqanizmin yaşadığı yerdə nə ilə qidalan-
ması, başqa canlılara münasibəti, ətraf mühitdə tempratura, işığa, rütubətə,
torpağa, havaya və s. faktorlara uyğunlaşması nəzərdə tutulur. Beləliklə, or-
qanizmin ümumi ekoloji mövqeyinə onun sahə mövqeyi, qida mövqeyi, ailə
mövqeyi, iqlim mövqeyi və s. daxildir. Bunlar hamısı isbat edir ki, ekoloji
mövqe funksional göstəricidir. ―Ekoloji mövqe‖ əvəzinə ―ekoloji təbəqə‖ və
başqa ifadələr işlətmək düzgün deyildir.
|