Yosun→zooplankton→xərçəng→balıq→baklan
Zooloqlar sübut etmişlər ki, qida zəncirinin bir pilləsindən digərinə
keçən zaman əvvəlki biokütlədə toplanan enerjinin 90%-i ititirilir. Başqa
sözlə desək, qida silsiləsinin hər yüz kiloqramı sonrakı pilləni tutan can-
lılarda 10 kq biokütlə yaradır.
Qida silsiləsindəki heyvanların trofik əlaqə prinsipini bilməklə daha
sərfəli heyvan növü yetişdirmək olar. Məsələn, 1kq durna balığı üçün yuxa-
rıda göstərilən sxemə görə 1ton yosun, 100kq zooplankton, 10kq aterina tə-
ləb olunduğu halda, ağ balığın 1kq çəkisinə 10kq su bitkisi kifayət edir. Gö-
ründüyü kimi ekologiyanın qida zənciri prinsipinə əsasən heyvanların həyat
tərzinio dərindən bilmək vacibdir. Məhz bu qanuna əsasən, bir çox döv-
lətlərdə vətəgə əhəmiyyətli heyvanların süni surətdə yettişdirilməsi zamanı
qida zəncirinin daha qısa olması əsas götürülür. Deməli, nəzərdə tutulan son
məhsulun əmələ gəlməsində nə qədər az mərhələ olarsa, enerji itkisi də bir o
qədər ixtisar edilər və qısa müddətdə yüksək məhsul alınar.
Ekoloji qanuna əsasən, qida silsiləsində toplaşan canlılar arasında
neytral münasibətə təsadüf olunmur, lakin qida rəqabətini təbiət özü müm-
kün qədər ―insaflı‖ tənzimləyir. Heyvanlar yemləmə vaxtını və qaydasını
dəyişməklə rəqabətdən qaçırlar: uçan sincab gecə, burunduk sincab isə
gündüz həyat tərzi keçirirlər. Qida zəncirinə əsasən, heyvan və bitkilər ara-
sında bir neçə əlaqə formaları mövcuddur: amensalizm, kommensalizm,
protokooperasiya, mutalizm, yırtıcılıq, parazitlik.
|