1.6.6. Biosenozda qida əlaqələri
1.
Rəqabət canlılar arasında çox geniş mənalı bioloji anlayışdır.
2.
Amensalızm (- 0) – iki növdən biri neytral qalır, digəri zərər çəkir.
3.
Məsələn, hündür ağac və onun kölgəsində bitən ot, kif göbələyi və
bakteriyaların qarşılıqlı təsiri. Amensalizm – antibiozun formalarından
biridir və ya allelopatiyanın (orqanizmlərin maddələr mübadiləsi nəticəsində
yaranmış spesifik təsir göstərən kimyəvi maddələrlə bir-birinə qarşılıqlı
təsiri) son formasıdır.
4.
Kommensalizm (+ 0) – qida əlaqəsi əsasında yaranmış qarşılıqı
münasibətdir, iki növdən biri faydalanır, digəri neytral qalır. Məsələn,
otyeyən heyvanların peyinindəki bitki toxumları ilə quşlar qidalanır. Misir
vağı iribuynuzlu heyvanların üstündə oturub öz ovunu axtarır.
5.
Protokooperasiya (+ +) – bu əlaqədə hər iki tərəf faydalanır: çiçəyə
qonmuş kəpənək, timsaha ―diş həkimliyi‖ edən quşlar, camış və onun
ğənələri ilə qidalanan sığırçın və s. Qışda qar üzərində ular tur sürülərinin
arxasınca gedir. Canavar yaxınlaşdıqda onlar fit çalaraq qaçırlar, beləliklə
turları canavarlardan qoruyurlar.
Mutualizm (+ +) – canlılar arasında protokooperasiyadan daha çox
inkişaf etmiş əlaqə formasıdır. Mutualizm əlaqəsində iki növdən biri olma-
yanda digəri yaşaya bilməz. Məsələn, çarpaz tozlanan bitkilər və həşaratlar.
6.
Yırtıcılıq – heyvan özü böyüklükdə və özündən böyük heyvanı
yeyir.
7.
Parazitizmdə - canlı bütün ömrünü və ya ömrünün müəyyən hissə-
sini (mərhələsini) başqa orqanizmin hesabına yaşayır.
Parazitizm 3 yolla əmələ gəlir.
1.
Yırtıcılıqdan parazitizmə keçmək yolu.
2.
Canlı bədənə təsadüfən daxil olub orada yaşama yolu.
3.
Orqanizm üzərində zərərsiz məskən salıb tədricən parazitizmə
keçmək yolu.
Dostları ilə paylaş: |