M ü n d ə r I c a t


brutto-fotosintez və ya ümumi fotosintez



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə65/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   437
brutto-fotosintez və ya ümumi fotosintez deyilir. Ekosistemdə günəş enerji-

sindən  nə  qədər  effektli  istifadə  olunmasını  bilmək  üçün  brutto-fotosintezi 

bilmək  lazımdır.  Dünyanın  əsas  ekosistemlərinin  təmiz  ilk  məhsuldarlığı 

tropik  meşə  və  dəniz  sahilləri  ekosistemlərində  ən  yüksəkdir.  Təmiz  ilk 

məhsuldarlıq  – bitki  toxumalarında üzvi  maddələrin toplanma  sürətini  gös-

tərir.  Başqa  sözlə  desək,  məhsuldarlıq  yoxlanan  vaxt  ərzində  ümumi  ilk 

məhsuldan bitkinin öz tənəffüsünə sərf etdiyini çıxdıqdan sonra qalanı təmiz 



53 

 

ilk  məhsuldarlıq  adlanır.  Praktikada  tənəffüs  tezliyi  və  təmiz  ilk  məhsul-



darlıq  ayrı-ayrılıqda  öyrənilir.  Sonra  onları  birləşdirib  ümumi  ilk  məhsul-

darlıq  hesablanır.  Nəticəsi  q/m

2

.sutka;  kq/m



2

.il;  ton/ha.il  və  s.  hesabı  ilə 

göstərilir.  İkinci  məhsuldarlıq  –  üzvi  maddələrin  konsumentlərdə  toplan-

ması sürətidir. Bitkilərdə ümumi ilk məhsulun yaranması prosesi heyvanlar-

da assimilyasiya adlanır. Ekosistemin ikinci məhsulu onun ilk məhsulundan 

həmişə  az  olur.  Ona  görə  ki,  enerji  bir  qənimət  səviyyəsindən  digərinə 

keçdikdə  termodinamikanın  ikinci  qanununa  əsasən  istiliyə  çevrilib  ətrafa 

yayılır, yəni sistemdən çıxır.  

Məhsuldarlığın biokütləyə nisbəti mühüm ekoloji göstəricidir. Təsər 

rüfat  sahələrində  bu  göstərici  yüksək  olur.  Lakin  buna  səbəb  ekosistemin 

cavanlığı, böyüməkdə olması və kənardan enerji almasıdır. Təsərrüfat sahə-

lərində torpağın  vaxtaşırı işlənməsi,  ona  gübrə verilməsi,  xəstəliklərinə,  zi-

yanvericilərinə və alaq otlarına qarşı mübarizə aparılması hesabına biokütlə 

çoxalır. Belə ekosistemlər ona edilən qulluqdan asılı olaraq heç vaxt sabitlik 

mexanizmi qazana bilmir.  

İnkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatının  yüksək  məhsuldarlığı 

böyük enerji ehtiyatları və seleksiya işləri  hesabına saxlanılır. Enerjinin bu 

köməkçi  axını  enerji  subsidiyası  adlanır.  Əgər  XIX  əsrdə  dünya  ölkələri 

inkişaf etmiş ölkələrə bölünürdüsə, XX əsrdə yeni situasiya yarandı, ölkə nə 

qədər inkişaf etmiş hesab olunursa, onun kənd təsərrüfatı məhsuldarlığı bir o 

qədər  yüksək  olmalıdır.  Məhz  inkişaf  etmiş  ölkələr  kənd  təsərrüfatında 

münasib enerji subsidiyalarını  özünə rəva görə bilər.  

Enerji  və  materiya  davranışında  prinsipial  fərqlər  var.  Materiya  sis-

temdə sirkulyasiya edir;  canlının tərkibində olan elementlər və maddələr öz 

tsikllərinə  və  dövranına  malikdir.  Ekosistemin  istifadə  etdiyi  enerji  istiliyə 

çevrilir və sistem üçün sərf olunur.  

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin