yetirir. Trofik zəncir fotosintez orqanizmlərilə başlayırsa, o otluq zənciri və
ya istehlak zənciri adlanır. Ölmüş qalıqlar ilə başlayan zəncir isə parça-
lanmanın detrit zənciri adlanır. Trofik zəncirlər biri digərindən izolyasiya
olunmayıb, əksinə sıx bağlıdırlar və ümumi trofik zəncir yaradırlar. Qida-
54
lanmanın trofik zənciri termodinamikanın ikinci qanununa əsaslanır. Bu
qanuna görə enerjinin bir hissəsi həmişə istilik enerjisi kimi ətrafa yayılır.
Trofik zəncirdə bioloji növ kimi insanın əhəmiyyəti aşağıdakılardan
ibarətdir:
● insan hər şey yeyir, buna görə də gah bu, gah da digər trofik
zəncirin həlqələri hesabına yaşaya bilir; bu onun üzərindən mötədillik
yüyənini çıxarır;
● o resursları özünə yaxınlaşdıra bilər (mədəni bitkilər və ev hey-
vanları) və ya onları bir yerdən başqa yerə daşıya bilər;
● insan onun tərəfindən pozulmuş trofik zəncirdən çıxıb, başqasına
gedə bilir. Bu insana azadlıq hissi verir, lakin bu azadlıq dərhal cavab təsirin
dən və nəsillər qarşısındakı məsuliyyətdən azadlıqdır.
Ekosistemin trofik strukturu bir sıra paralel və çarpazlaşan qida
zəncirlərindən ibarətdir və qida və ya trofik şəbəkə adlanır.
Dostları ilə paylaş: