1.8. Biogeosenologiya – biogeosenozların ekologiyası
1.8.1. Biogeosenoz anlayışını elmə ilk dəfə 1942-ci ildə akademik
V.N.Sukaçev daxil etmişdir
O, yazır ki, biogeosenoz Yer səthində müəyyən ərazidəki oxşar təbii
hadisələrin (atmosfer, dağ suxurları, torpaq, bitki, heyvan, mikroorqanizm
və hidroloji şərait) cəmi olub, onun komponentləri daxili ziddiyyətli vəhdət
təşkil edən qarşılıqlı əlaqələrlə öz aralarında və ətraf mühitlə maddə və
enerji mübadiləsinin xüsusi tipinə əsasən birləşirlər, daimi hərəkət və inkişaf
edirlər. Ekosistem konsepsiyası ilə paralel olaraq biogeosenoz konsepsiyası
da inkişaf edir. Ekosistem və biogeosenoz – mahiyyətcə bir-birinə yaxındır,
lakin sinonim deyil. Əgər ekosistem istənilən səviyyədə (həm quruda, həm
də suda) maddələr dövranını təmin edirsə, biogeosenozda yalnız qurunun
fitosenozlarla əhatə olunmuş konkret ərazilərində baş verir.
Biogeosenozun təyinatı altına ekosistem düşmür, belə ki, ona bu
təyinatın bəzi əlamətləri (məsələn, ərazi məhdudiyyətləri) xarakterik deyil.
Əksinə ekosistem bir neçə biogeosenozu əhatə edə bilər, başqa sözlə desək,
―ekosistem‖ anlayışı ―biogeosenoz‖ anlayışından geniş məvhumdur. Belə-
liklə, istənilən biogeosenoz ekoloji sistemdir, lakin hər ekosistem biogeo-
senoz hesab oluna bilməz. Biogeosenozlar dəqiq sərhədləri olan yerüstü
formalaşmalardır.
Biogeosenozu öyrənən biogeosenologiya elmi Yer səthinə qonşuluq
edən biogeosenozlar şəbəkəsi kimi baxır, dağ suxurları, relyef, torpağın
xassəsi, bitkilər, heyvanlar, mikroorqanizmlər, eləcə də maddələrin miqra-
siyası ilə onların öz aralarındakı əlaqədən asılı olaraq, landşaftın konkret
şəraitində onların funksiyalaşmasını öyrənir. Hər iki konsepsiya – ekosistem
və biogeosenoz – biosenoz və onları əhatə edən qeyri-üzvi mühitin müxtəlif
aspektlərdən və müxtəlif nöqteyi-nəzərlərdən funksional əlaqələrinə bax-
mağa imkan verərək, bir-birini tamamlayır və zənginləşdirir.
Dostları ilə paylaş: |