57
1.9. Qlobal ekosistem – Biosfer haqqında təlim
1.9.1.Biosfer sözünü ilk dəfə elmə 1875-ci ildə avstraliyalı geoloq
Eduard Zyuss daxil etmişdir
Lakin o, biosferi Yerin digər sferlərindən – litosfer, hidrosfer, atmos-
fer – biri kimi əsaslandırmaqla kifayətlənib, özünün əsas ixtisaı olan tekto-
nika sahəsinə keçmişdir. Biosferi yerin həyat olan sahəsi hesab edirlər. Bio
– həyat, sfer – təbəqə. Əslində biosferin hüdudları daha genişdir. Akademik
V.İ.Vernadski biosferə təkcə müasir canlıları və onların ətraf mühitini deyil,
Yerin keçmiş dövrlərində orqanizmlərin təsirinə məruz qalmış hissələrini də
daxil edir. Deməli paleontoloji qalıq kimi tapılan keçmiş orqanizmlərin ətraf
mühiti də biosferə daxildir. Beləliklə, biosfer litosferin çox hissəsini,
hidrosferin hər yerini və atmosferi əhatə edir.
Biosfer təliminin banisi olan akademik V.İ.Vernadskinin xidmətləri
çoxdur. Canlı maddə anlayışını elmə daxil etmişdir. Müasir dünyada və keç
mişdə yaşayan bütün canlıların əmələ gətirdiyi biokütlə canlı maddə adlanır.
Canlı maddə konsepsiyasına görə orqanizmlərin geokimyəvi rolunun hərtə-
rəfli etiraf edilməsi və tətbiq olunması müasir ekologiyada əsas bazisdir:
Yerin təkinin dəyişdirilməsində canlı maddənin qlobal geoloji və
geokimyəvi rolunun göstərilməsi.
Təbiətə, o cümlədən biosferin ayrı-ayrı komponentlərinə antropogen
təsir haqqında ümumi konsepsiyanın əsaslandırılması.
Ətraf mühitin biokos hissəsi haqqında geniş konsepsiyanın yaradıl-
ması.
Vernadski təliminin əsas mahiyyəti budur ki, o, biosferin bütün
hissələrini qlobal dialektik bütövlükdə və dinamik hərəkətdə görməklə,
müasir sistemli ekologiyanı xeyli qabaqlamışdır. Vernadski müasir biosferə
keçmiş biosferlərdən qalan maddələri daxil etməklə, indiki həyatın qlobal
qanunauyğunluqlarının tarixi mənşəyini açmağa imkan yaratmışdır.
Dostları ilə paylaş: