M ü n d ə r I c a t


 Biosferdə maddələr dövranı



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə73/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   437
 1.9.3. Biosferdə maddələr dövranı 

Maddələr  dövranı  böyük  (geoloji)  və  kiçik  (biogeokimyəvi)  olmaqla 

iki  qrupa  bölünür.  Maddələrin  böyük  dövranı  Günəş  enerjisi  ilə  Yerin  də-

rinlik enerjisisnin  qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin 

qatlarında  maddələrin  paylanması  ilə  yerinə  yetirilir.  Maqmatik  suxurların 

aşınması  nəticəsində  əmələ  gələn  çökmə  suxurları  yer  qabığının  hərəkətdə 

olan  zonasında  yenidən  yüksək  temperatur  və  təzyiq  zonasına  daxil  olur. 

Onlar orada əriyərək maqmanı – maqmatik suxurların yeni mənbəyini əmələ 

gətirirlər.  Bu  suxurlar  yerin  səthinə  çıxdıqda  aşınma  proseslərinin  təsirilə 

onlar təzədən çöküntü suxurlara trasformasiya olunurlar. Maddələr mübadi-

ləsinin  simvolu  dairə  deyil  spiraldır.  Bu  yeni  mübadilə  tsiklinin  köhnədə 

olduğu kimi təkrarlanmasını deyil, onun yenilik gətirdiyini göstərir və vaxtı 

gəldikdə böyük dəyişikliyə səbəb olur.  

Quru  ilə  okean  arasında  atmosfer  vasitəsilə  suyun  dövranı  da  böyük 

dövran adlanır. Dünya Okeanı səthindən buxarlanan su quruya aparılır, ora-

da yağıntı şəklində düşərək, səth və yeraltı axınlar halında  yenidən okeana 

qayıdır. Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən su-

yun buxarlanması–su buxarının kondensasiyası – həmin okeanın səthinə ya-

ğıntıların düşməsi. İl ərzində   Yerdə suyun dövranında  500 min  km

3

–dən 



59 

 

 çox su iştirak edir.  



Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə 

əsas  rol  oynayır.  Suyun  bitkilər  tərəfindən  transpirasiyası  və  onun  biogeo-

kimyəvi  tsikldə  udulması  nəzərə  alındıqda  Yerdə  su  ehtiyatının  hamısı  2 

milyon ilə bölünür və parçalanır.  



Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı böyük dövrandan 

fərqli  olaraq  yalnız  biosfer  daxilində  tamamlanır.  Bu  dövranın  mahiyyəti 

fotosintez  nəticəsində  qeyri-üzvi  maddədən  üzvi  maddənin  yaranması  və 

parçalanma  zamanı  üzvi  maddələrin  yenidən  qeyri-üzvi  maddələrə  çevril-

məsindən ibarətdir.  

Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın  

yaradıcısıdır.  Canlı  maddə  dəyişərək,  yaranaraq  və  ölərək  planetimizdə 

həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir.  

Bir sıra ekosistemlərdə maddə və enrji mübadiləsi əsasən trofik zəncir 

vasitəsilə  yerinə  yetirilir.  Belə  dövran  adətən  bioloji  dövran  adlanır.  O, 

dəfələrlə trofik zəncirdə istifadə olunan maddələrin qapalı tsikli sayılır. Ki-

çik dövran su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda 

yer  ala  bilər,  ―yağışlı‖  tropik  meşələr  istisna  olmaqla  yer  ekosistemlərində 

kiçik  dövran  olmur.  Belə  ki,  kök  sistemi  səthə  yaxın  yerləşən  tropik 

meşələrdə  qida  maddələrinin  ötürülməsi  ―bitkidən-bitkiyə‖  təmin  oluna 

bilər, lakin bütün biosfer miqyasında belə dövran mümükün deyil. 

    


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin