M ü n d ə r I c a t


 Biosferi deqradasiyaya uğradan faktorlar



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə76/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   437
1.9.6. Biosferi deqradasiyaya uğradan faktorlar  

Ehtimal olunur ki, ilk insana bənzər məxluqlar yaranana kimi təbiətdə 

mövcud olan canlı aləm biosferin sabitliyinə mənfi təsir göstərməmişdir. İn-

sanların  ən  qədim  əcdadlarının  qalıqları  Tanzaniyanın  Olduvan  vadisində 

tapılmışdır ki, onların yaşı 1,7 milyon ildir. İnsanların sayı artdıqca onların 

hegemonluğu və təbii tarazlığın pozulmasına təsirləri də artmışdır. Məsələn, 

Şimali Amerika preriləri  – nəhəng otlaqları 10 min il qabaq  yerli hindlilər 

meşələri  yandırmaqla  yaratmışlar.  İnsanın  biosferə  sarsıdıcı  zərbəsi  onun 

kənd  təsərrüfatı  ilə  məşğul  olmasından  başladı.  Haqlı  olaraq,  belə  hesab 

edirlər  ki,  kənd  təsərrüfatı  dəyişdirən  ilkin  faktordur.  Bu  baxımdan  Kux-

nixolts-Lordun  məşhur  reqressiv  qanununu  yada  salmaq  lazımdır:  sulva- 

saltus – aqer. Neolit dövründə Çinin ərazisinin 90%-ni meşələr təşkil edirdi, 

hazırda bu rəqəm 5%-ə enib. Dünya sivilizasiyasının beşiyi sayılan Fələstin, 

Şimali  Suriya,  Mesopotomiyadan  Şərqi  İrana  qədər  olan  sahələrdəki  boş 

sahələr  10  min  il  əvvəl  bütün  il  boyu  məhsul  verən  münbit  torpaqlar  imiş. 

Bununla  belə,  elmin,  texnikanın  və  mədəniyyətin  inkişafı  həmişə  aqrar 

sektorun ―çiyinlərində‖ durur, çünki heç bir texniki tərəqqi torpağın verdiyi 

nemətlərin hamısını icad edə bilmir və etməyəcək də.  

XIII  əsrin əvvəllərində  baş  verən bir çox elmi  kəşflər müasir istehsal 

sahələrinin  və  cəmiyyətin  inkişafı  üçün  əsas  təkan  hesab  olunur.  Texniki 

bitkilərin  becərilməsi  texnikanın  inkişafı  ilə  əlaqədar  olaraq  genişləndirilir. 

XIX  əsrin  ikinci  yarısında  sənaye  sahələri  daha  mürəkkəb  və  çoxcəhətli 

şəkildə  inkişaf  etmiş  və böyük  həcmdə  tullantılar  əmələ  gəlmişdir.  Müasir 



61 

 

insan gündə 1,5-2,5 kq tullantı yaradır, yer kürəsində bir ildə 3,6-4 mlrd.ton 



tullantı yaradır.  

Ekosferin  ayrılmaz  hissəsi  olan  insanların  durmadan  artımı  da  bio-

sferin deqradasiyasına səbəb olur. Demoqrafik problem barədə Tomas Mal-

tusun nəzəriyyəsi çoxdan məlumdur. Hələ 1798-ci ildə Maltus göstərmişdir 

ki, insanların artımı həndəsi, ərzaq artımı isə riyazi proqres əsasında inkişaf 

edir.  Lakin  Maltus  nəzəriyyəsində  insanların  qida  ilə  təmin  olunmasının 

riyazi proqresə tabe olması əsassızdır, çünki istər kənd təsərrüfatı, istərsə də 

sənaydə məhsul istehsalı əhalinin artımı ilə əlaqədar deyil.  Məsələn, keçmiş 

Rusiyada yaşayan əhalnin dörddə üçü kənd təsərrüfatı ilə məşğul olurdusa, 

hazırda  əhali  sayı  2  dəfə  artsa  da  kənd  təsərrüfatı  ilə  məşgul  olanlar  əhali 

sayının  dörddə  birini  təşkil  edir  və  adambaşına  istehsal  olunan  ərzaq  2-3 

dəfə artmışdır.  

Dünya əhalisinin artması ilə əlaqədar olaraq, bir neçə fərziyyə yaran-

mışdır.  Onlardan  biri  demoqrafik  alarmizmdir.  Alarmistlərə  görə  insan 

artımı  mütləq  aclığa,  müharibələrə,  epidemiyalara,  ümumiyyətlə,  kütləvi 

qırğına səbəb olacaqdır. Maltusun müasir tərəfdarları hətta müharibələri də 

bioloji  mənşəyə  mənsub  olan  qanunauyğunluq  sayırlar:  insan  artımında 

birinci amil sayılan ‖artıq‖ kişilərin məhvi, adamların sayını tənzimləyir.   

Başqa  bir  qrup  alimlərə  görə  insanların  artımında  ictimai  inkişaf  da 

mühüm  faktordur  –  demoqrafik  determinizm.  Belə  ki,  iqtisadi  cəhətdən 

inkişaf edən cəmiyyətdə əhali artımı şüurlu şəkildə davam edir.   


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin