56
1.8.2. Biogeosenozun strukturu
Fitosenoz biogeosenozun struktur elementlərinin və onun törəmələri-
nin məkanca yerləşməsinin struktur əsasıdır.
Biogeosenozun bir neçə əsas əlamətini dərindən dərk etmək vacibdir.
1.
Biogeosenozun Yer səthində müəyyən sahə (ərazi) ilə əlaqəsi, yəni
onun bioxoroloji kateqoriyası. Yer kürəsinin biocoğrafi vilayətləri: 1– holar-
ktika vilayəti, 2–neotropika vilayəti, 3–efiopiya vilayəti, 4– indomalay
vilayəti, 5–avstraliya vilayəti, 6– polineziya vilayəti, 7– antarktika vilayəti.
Biocoğrafi vilayətlərin hər birini təkraredilməz ekosistemlər səciyyələndirir.
2.
Biogeosenozun tərkibinin canlı hissədən, yəni bitki, heyvan və
mikroorqanizmlərdən, cansızdan (dağ suxurları) və biokos hissədən, yəni
torpaqdan ibarət olması. Yer kürəsinin quru ərazisində bitki örtüyünə görə
əsas formasiyalar: tundura, mülayim meşə, çöllər, buzlaqlar, tayqa, seyrək
meşə, ekvator meşəsi, savanna, səhra, yüksək dağlar.
3.
Biogeosenozdakı maddə və enerji mübadiləsinin ətraf
mühitlə və
onun öz komponentlərilə əlaqəli getməsi.
4.
Biogeosenozun biokos hissə ilə dinamik vəhdəti, daimi hərəkəti və
inkişafı.
Biogeosenozun əsas əlamətləri göstərir ki, o, Yerin qabığının elə bir
hissəsinə (ərazi və akvatoriya) deyilir ki, onu təkcə biosenoloji xüsusiyyətlər
deyil, həm də hidroloji, geomorfoloji, geokimyəvi, mikroiqlim və torpaq
xüsusiyyətləri sərhədləndirir.
Biogeosenozun biosferlə ümumi əlaqəsini qavramaq çox vacibdir.
Biogeosenoz biosferin əsas bioxoroloji vahididir (―xoros‖ – sahə deməkdir).
Biogeosenozlar biosferi təşkil edən bloklardır, bu bloklardan canlılar vasi-
təsilə maddələr mübadiləsi gedir və onlar (bloklar) birləşib biosfer səviyyəli
- qlobal maddələr və enerji dğvranı yaradır.
―Ekosistem‖ anlayışı ―biotop‖ anlyışından ayrılmaz surətdə bağlıdır.
Biotop şəraiti yekcinsolan müxtəlif ölçülü və ya həcmli coğrafi rayondur.
Biotop və ya ekotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə
malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı
sahədir. Aşağıdakı biotoplar ayrılır: polipedop, yəni torpaq sudibi məskəni;
klimatop – fitosenozun yerüstü hissəsi məskəni; hidrotop – su dibinin üst
hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar
məskən salan mikrotoplar da ayırırlar. Biotop bəzən üzvi təbiətli (para-
zitlərdə) ola bilər.
Dostları ilə paylaş: