(durğun sulu)- göl, nohurlar və s., lotik (axar sulu)- bulaqlar, çaylar
apvellinq ərazilər (məhsuldar balıqçılıq rayonları), estuarilər (sahilyanı
Günəş, kimyəvi yanacaq – energetik əlamətə görə ekosistemi dörd funda-
52
● Günəşlə hərəkət edən subsidiyasız ekosistemlər - təbii ekosistem-
lərdir. Birbaşa günəş süaları enerjisindən tamamilə asılıdır. Onların siyahı-
sına açıq okean sahələri, dağ meşələrinin böyük sahələri və böyük dərin
göllər aiddir. Bu tip ekosistemlər azenerji alırlar və az məhsuldarlığa malik
olurlar. Lakin onlar olduqca vacibdirlər, belə ki, nəhəg əraziləri əhatə edir-
lər. Bu biosferin həyat təminatının əsas moduludur. Havanın böyük həşmi
burada təmizlənir, su dövranına qayıdır, iqlim şəraiti formalaşır və s.
● Günəşlə hərkət edən ekosistemlərdir, lakin digər təbii mənbələrdən
kömək olunur. Belə ekosistemə misal olaraq, çay estuarilərini, dəniz boğaz-
larını və laqunları göstərmək olar. Boğazlar və axınlar mineral qida element-
lərini daha sürətlə maddələr dövranına qatır, buna görə də durğun okean və
ya quru ərazilərə nisbətən daha məhsuldardır.
● Günəşlə hərəkət edən ekosistemlər və insan tərəfindən subsidiyalı
olanlar. Onlara misal olaraq aqroekosistemləri (tarla, fermalar, donuzçuluq
fermaları, quşçuluq fabrikləri və s.).
● Yanacaqla hərəkət edən ekosistemlər – sənaye-şəhər ekosistemləri.
Burada yanacaq enerjisi Günəş enerjisini tamamlamır, əksinə onu əvəz edir.
Sıx məskunlaşmış şəhərlərdə enerjiyə tələbat, təbii ekosistemlərdə həyatı
təmin edən Günəş enerjisi axınından 2-3 dəfə çoxdur. Buna görə də o qədər
də böyük olmayan şəhər ərazisində çoxsaylı insanlar məskunlaşa bilir.
Dostları ilə paylaş: