M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə58/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   437
 

1.7.   Ekosistemlər, onlarda biokütlə, enerji və say piramidaları 

                                                     Biz Yeri atalarımızdan MİRAS almamışıq  

                                                    Biz onu uşaqlarımızdan BORC almışıq.  

                                                                         (BMT-nin materiallarından) 

 

1.7.1.  Ekologiyanın tədqiqatının predmeti nədir?  

Ekologiya orqanizmdən yüksəkdə duran daha mürəkkəb olan canı sis- 

temin funksiyalaşması və təşkilini öyrənir. Bu sistemlər ekoloji sistemlər və 

ya ekosistem adlanır.  

Ekosistem – canlı və cansız komponentlərin hüdudsuz  davamlı  siste 



47 

 

midir. Bu sistemdə informasiya, maddə və enerjinin xarici və daxili dövranı 



həyata  keçirilir.  Misal  kimi  meşə  ekosistemlərini,  torpağı,  hidrosferi  və  s. 

göstərmək  olar.  Ekosistem  trofik  və  xoroloji  (məkan)  əlaqələri  ilə  birləşən 

fitosenozları,  zoosenozları,  mikrobosenozları,  mikosenozları;  mühit  faktor-

larını – ekotop-klimatop və edafotopu (torpaq-mühit şəraiti) əhatə edir (Rey-

mers,1990).    

Ölçülərinə və miqyasına görə ən böyük ekosistem biosferdir. Biosfera 

-  Yerin bütün  canlılrını  əhatə  edən və  bizim planetin cansız mühiti ilə  qar-

şılıqlı əlaqədə olan, hansı ki, onlar bir tamlıq təşkil edir, Yerin aktiv qatıdır. 

Bizim planetdə biosfer 3 milyard ildir ki, mövcuddur, soyuq entropiya ölü-

mü tendensiyasının əksinə olaraq, o böyüyür və mürəkkəbləşir; o ağıllı hə-

yat və sivilizasiyaya daşıyır. Biosfera insan yaranmamışdan çox əvvəl möv-

cud idi və onsuz keçinə bilər. Əksinə, insanın mövcudluğu biosfersiz müm-

kün  deyil.  Bütün  qalan  ekosistemlər  biosferin  daxilində  yerləşir  və  onun 

sistemaltlığıdır. Bitkiliyin hər hansı  əsas tipi ilə xarakterizə olunan nəhəng 

ekoloji sistemlər – biom adlanır. Məsələn, səhra biomu və ya rütubətli tropik 

meşə  biomu.  Ən  kiçik  sistem  populyasiyalardır  –  eyni  mənşəli,  müəyyən 

ərazi  tutan  bir  növün  fərdlər  qrupunu  özündə  birləşdirir.  Populyasiyadan 

daha mürəkkəb olan sistem verilmiş ərazini tutan biosenozlardır. Beləliklə, 

populyasiya,  biosenoz,  biom,  biosfera  ierarxik  qaydada  kiçikdən  böyüyə 

yerləşirlər.  Bunlar  mikro,  mezo,  makro  və  qlobal  ekosistemlər  adlanırlar. 

Mikroekosistem  –  məsələn,  meşədəki  tək  çürümüş  kötük,  ağac  üzərindəki 

şibyə yastığı və s. Mezoekosistem – meşə, çəmən, səhra. Makroekosistem – 

okean. Qlobal ekosistem – biosferadır.  

İerarxik təşkilin mühüm nəticəsi ondan ibarətdir ki, ierarxik pilləkənin 

hər  sonrakı  daha  iri  funksional  vahidinin  pilləsində  yerləşən  komponentlər 

əvvəlki pillədə olmayan  yeni  xüsusiyyətlər qazanır. Bu xüsusiyyətləri  yeni 

səviyyəni  təşkil  edən  komponentlərin  xassələrinə  görə  əvvəldən  söyləmək 

olmaz. Bu prinsip emercentlik adını aldı. Onun mahiyyəti: tamın (bütövün) 

xassəsini  onu  təşkil  edən  hissəciklərin  xassələrinin  cəmi  kimi  qəbul  etmək 

olmaz. Məsələn, atomar səviyyədə olan hidrogen və oksigen birləşdikdə ta-

mamilə yeni xassəyə malik olan su molekulunu yaradırlar. Başqa bir misal, 

bəzi  yosunlar  və  bağırsaqboşluqlular  mərcan  rifləri  sistemini  yaradırlar. 

Mərcan  riflərinə  məxsus  olan  nəhəng  məhsuldarlıq  və  müxtəliflik  –  yalnız 

rif  cəmiyyətinə  xas  olan  emercent  xüsusiyyətdir.  Heç  cür  onu  təşkil  edən 

biogen elementlərinin miqdarı az olan komponentlərə xas deyil.  

Ekosistemdə  orqanizmlərin  fəaliyyəti  öz  bioloji  təlabatlarına  uyğun 

geokimyəvi  mühit  yaradır.  Atmosferin  kimyəvi  tərkibinin  və  yerin  güclü 

buferləşmiş  fiziki  mühiti  Günəş  sistemində  olan  digər  planetlərdən  kəskin 

fərqlənməsi  faktı  Gey  hipotezinin  formalaşmasına  imkan  yaratdı.  Bu 



48 

 

hipotezə  əsasən  məhz  canlı  orqanizmlər  Yer  üzərində  həyat  üçün  əlverişli 



mühit yaratdı və bu günədək qoruyub saxlayırlar. Aşağıdakı cədvəldə Yerin, 

Marsın,  Veneranın  və  hətta  Yerin  həyat  yaranmamışa  qədərki  dövrdəki 

ehtimal olunan atmosfer tərkibinin müqayisəli analizi verilmişdir.  


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin