otları 31,4% və bitki ziyanvericilərinə 23,5% (Sokolov M. S. və b. 1994).
milyon hektar torpağı əkmək lazımdır; bu zaman bitkiçilik məhsullarının
109
istehsal olunan preparatların ümumi miqdarından ABŞ və Kanadada 33%,
Qərbi Avropa ölkələrində 25%, Cənub-şərqi Asiyada 22%, Şərqi Avropada
(Rusiya daxil olmaqla) – 10%, Latın Amerikası – 9%, Avstraliya və yeni
Zellandiyada – 1% istifadə olunurdu.
İtaliyada – 1 hektar səpinə 21 kq BMKV, Yaponiyada – 16 kq-a ya-
xın, digər inkişaf etmiş Qərbi Avropa ölkələrində orta hesabla 2-3 kq, keç-
miş MDB respublikasında 0,6 kq-dan (Estoniya) 13,2 kq-a (Moldoviya),
bütün dünyada orta hesabla 0,3-0,4 kq t.e. maddə 1 hektara (Şokolov və b.
1994)
Bitki mühafizəsinin kimyəvi vasitələrinin ümumi qəbul olunmuş qısa
adı – ―pestisidlərdir‖ (lat. pestis-ziyanverici, caedo – öldürürəm). Müxtəlif
rəqəmlərə görə son illərdə dünyada 1000-dən çox kimyəvi birləşmələr qey-
də alınıb, onların əsasında pestisidlərin on minlərlə preparativ formulları
buraxılır. Adətən pestisidləri onların hansı məqsədlə istifadəsinə görə təsnif-
ləşdirirlər. onlardan daha çox aşağıdakılar tətbiq olunur: herbisidlər – alaq
otları ilə mübarizədə; insektisidlər – zəhərli həşəratlarla mübarizədə, funqi-
sidi – bitkilərin müxtəlif göbələk xəstəlikləri ilə mübarizədə, zoosidi – zə-
hərli onurğalılarla mübarizədə rodentisidlər – gəmiricilərlə; bakterisidlər –
bakterilarla və bitkilərin bakterial xəstəlikləri mübarizədə; alqisidlər – sutu-
tarlarda yosunların və alaq bitkiləri ilə mübarizədə; defoliantlar – yarpaqları
tökmək üçün; desiaktlar – yığım qabağı yarpaqların qurudulması üçün; re-
tardantı – bitkinin boyatmasını tormozlamaq və gövdələrin yaratmağa qarşı
davamlığını artırmaq üçün
Pestisidləri həm də tərkibinə və xassələrinə görə təsnifləşdirmək olar.
Ən çox yayılmışları: Xlor üzvi pestisidlər – polisiklik və aromatik karbo-
hidratların haloid törəmələri, alifatik karbohidratlar; fosfor üzvi pestisidlər –
fosfor turşularının mürəkkəb efirləri; karbonatlar – karbomid, tio – və ditio-
karbamin turşularının törəmələri; azot tərkibli pestisidlər sidik turşusu,
quanidin, fenolun törəmələri.
Pestisidləri ətraf mühitə dözümlülüyünə görə də qruplaşdırırlar. Bu
xassələrpreparatların kimyəvi qruluşu və fiziki-kimyəvi xüsusiyyətləri ilə
şşərtlənir, Xlor üzvi pestisidlər daha dözümlü və eyni zamanda kumulyativ
xassələri olan maddələrdir.
Torpaqda parçalanmaya davamlığına görə pestisidləri: çox davamlı
(zəhərli olmayan komponentlərə parçalanma dövrü 2 ildən çox olanlar); da-
vamlı (yarım ildən 2 ilə qədər olanlar); orta davamlı (16 aya qədər); az da-
vamlı (1 ay olanlara) bölünürlər.
2.16 cədvəlində pestisid qruplarından birinin bəzi nümayəndələrinin
davamlılığı haqda fikri söylənilir.