112
verir. Toksiklik ölçüsü doza, başqa sözlə maddənin zəhərlənməyə kifayət
edən miqdarıdır. Pestisidlərin zəhərliyi adətən təcrübə qrupundakı
orqa¬nizm¬lərin 50%-nin ölümü ilə nəticələnən mineral doza ilə müqayisə
olunur, bu dozaların LD50 simvolu ilə göstərirlər.
İnsanlar və istiqanlı heyvanlar üçün zəhərlik dərəcəsinə görə
pestisid¬ləri belə bölürlər:
-güclü təsir edən LD50 50 mq/kq-a qədər canlı kütlənin (brom metil
və b.);
- yüksək zəhərli - LD50 200 mq/kq-a qədər (bazudin və b.)
- orta zəhərli - LD50 1000 mq/kq-a qədər (mis kuporosu və s.)
- az zəhərli - LD50 1000 mq/kq-dan artıq olanlar (borda mayesi,
vitavaks, dialen, neoron, kükürd və s.)
Hazırda bu və ya digər pestisidin aqroekosistemdə toplanma təhlü-
kəsini proqnozlaşdırmağa imkan verən riyazi üsullar işlənib hazırlanıb.
Pestisidlərin verilən təsnifatı ilə yanaşı onların kompleks gigiyenik
təsnifatı da mövcuddur. (E.T.Pestisidlərin gigiyenası və toksikologiyası
institutu). Bu halda preparatın təhlükəlilik sinfi limitləşdirici kriteriyaların
əsasında təyin olunur, başqa sözlə pestisidin o mənfi xassəsindən ki, arzu-
olunma nəticələrin baş verməsi imkanı birinci növbədə ondan asılı ola bilər.
Orqanizmə kompleks təsir etmə dərəcəsinə görə pestisidləri 4 sinfə ayırırlar:
I həddən çox təhlükəli; II – yüksək təhlükəli; III – orta təhlükəli; IV – az
təhlükəli. Pestisidlərin ekotoksikoloji qiymətləndirilməsi şkalası işlənib ha-
zırlanıb. Bu şakala kriteriyalar sistemini birləşdirir, onların arasında toksi-
koloji-gigiyenik qiymətləndirmə normativə görə, orqanoleptik xassəyə təsir
etmə, uçuculuq (buxarların sıxlığı), istiqanlı heyvanlar və insanlar üçün zə-
hərlilik (LD
50
, mq/kq), eləcə də onların orqanizmində toplama xassəsi
(biotoplama əmsalı); Torpaqda ekoloji-arokimyəvi – pesistentlik, torpaqda
profil üzrə miqrasiya (sm), mədəni bitkilərdə translokasiya, torpaqdan fita-
toksiki təsir, insolyasiya təsirinə qarşı rekreasiya; ekotoksikoloji – təsirin se-
çicilik əmsalı. Bu şkala sadələşdirilmiş halda 2.17 cədvəlində verilib. Krite-
riyalardan hər birinə adekvat olan qiymətləndirmə ballarına uyğun eko-
toksikoloji indeks almaq olar.
Beləliklə, bir tərəfdən, pestisidlərin tətbiq olunması məhsul istehsa-
lının artmasında vacib faktordur, digər tərəfdən də, məlum oldu ki, onlardan
istifadə nəticəsində ziyanvericilər, xəstəliklər və alaq otları azalmadı. Bun-
dan əlavə, məhsula görə mübarizədə insanların yeni rəqibləri üzə çıxdı:
həşəratlar hansı ki, əvvəllər kənd təsərrüfatında əhəmiyyət kəsb etmirdi;
bitki xəstəlikləri hansı ki, əvvəllər əhəmiyyət verilmirdi; alaqlar hansı ki,
əvvəllər az olurdu, bəzən ekzotik növ hesab olunurdu. İlk baxışdan qəribə
görünən dəyişikliklər ətraf mühitdə də baş verirdi. Quşlar nazik və yumşaq
113
qabıqlı yumurtalar verirdi; sututarlarda balıqlar məhv olur; getdikcə quşlar
əsasən yırtıcılar – qida zəncirində son həlqələrindən biri) və xırda heyvanlar
azalır hansı ki, həşəratlarla qidalanır. Həşəratlar isə külli miqdarda çoxalır.
Məsələn, bitki yeyən gənələr az rast gəlinirdi, indi isə istehsal olunan
pestisidlərin çox hissəsi onlarla mübarizəyə sərf olunur. Məlumdur ki, 50-ci
illərə qədər pambığın əsas ziyanvericiləri pambıq uzunburunu və qutulu
qurd idi. DDT, taksafen və s. geniş, istifadəsindın sonra pambıq sonrakı,
tütün yarpaq yenə tütün hörümçək gənə və pyadenitça xeyli çoxaldı.
C
Dostları ilə paylaş: