M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə113/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   437
ġəkil 2.11.  Bal arısının ailəsinin həyat fəaliyyətinə pestisidlərin təsiri. 

 

Torpağa verilən pestisidlər həmişə orada yaşayan və həyat fəaliyyətli 

torpaq  münbitliyindən  asılı  olan  canlılara  mənfi  təsir  edir.  Mis  tərkibli 

pestisidlər  nitrifikasiya  prosesini  dayandırır.  Torpağa  kimyəvi  yükləmələr 

çox  olduqda  fitopatogen  mikroorqanizmlər  dominantlıq  etməyə  başlayır. 

Pestisidlərin intensiv tətbiqi torpağın sterilləşməsinə gətirib çıxarır (məsələn, 

Hindistan və İndoneziyanın bir neçə rayonlarında şəkər qamışı sahələrində). 

Hesab olunur ki, herbisidlər tətbiq olunan dozadan asılı olaraq, mikro-

bosenozlara təsir edir, homeostazı (müxtəlif qrupların sayının müəyyən orta 

səviyyəsi  və  ya  metabalik  proseslərin  aktivliyi  ətrafında  dözümlü  tərəddüd 

etmə)  pozur  yaradır,  dominant  formaların  rezistentliyini  dəyişir,  eləcə  də 

represiyaya səbəb olur (geri dönməyən reaksiya). Əgər mikrobioloji fəaliy-




117 

 

yət  pestisid  təsirindən  60  güb  ərzində  bərpa  olunursa  mikrobosenozun 



reaksiyası  geri  dönəndir;  Əgər  mikroorqanizmlərin  müəyyən  formalarının 

50%-dən çoxunun inqibitorluğu vegetasiya dövrünün axırınacan saxlanırsa, 

reaksiya geri dönməyən sayılır. 

Herbisidlərin  ot  örtüyünün  olmadığı  və  zəif  inkişaf  etdiyi  yerdə 

istifadəsi torpaq eroziyası prosesinin inkişafının ehtimalını çox dəfə artırır. 

Su  –  biosferin  əsas  komponenti  və  biotanın  mövcudluğu  üçün  əvəz-

olunmaz  faktor  –  opestisidlərin  yayılmasında  əsas  nəqliyyat  vasitəsi  hesab 

olunur (başqa sözlə pestisidlər su ilə asanlıqla bir yerdən başqa yerə aparılır. 

Torpaq  və  qurunt  sular,  daxili  su  anbarları,  sonra  isə  Dünya  okeanı  toksi-

kantların cəmləşdiyi axırıncı məntəqə (punkt) olur. Lipofil pestisidlərin əra-

zilərdə  davamlı  istifadəsi,  sututarların  hökmən  çirklənməsinə  səbə  olur. 

Toksikantlar bərk və  maye  axınlarla qarışır. Səth  suları  qəzalar nəticəsində 

birbaşa çirklənir.  

Hesablamalara görə Volqa çayının aşağı axınında və onun deltasında 

zəhərli  kimyəvi  maddələrin  miqdarı  bəzən  YVQ-dan  min  dəfə  çox  olur. 

Kubadan düyü  əkilən  ərazidə orta davamlı  herbisidləri tətbiq etdikdə, çox-

illik müşahidələrin nəticələri göstərir ki, (Sokolov və b. 1994) suvarma sis-

temlərindən  Azov  dənizi  limanlarının  Axtaro-Qrivenski  sisteminə  həmin 

pestisidlər  daxil  olur.  Ksenbiotiklərin  miqrasiyası  birbaşa  lil  hissəciklərinə 

birləşməklə baş verir. Limanların az sulu olması və zəif axını akvatoriyanın 

başlanğıcında  həmin  lil  hissəcikləri  yığılır  və  geniş  çirklənmiş  zonalar 

yaradır (bir neçə km-lə). Herbisidlərin qrunt sularından və çöküntülərindən 

itməsi çox gec baş verir. Pestisidlərin tətbiqinin dünya təcrübəsi göstərir ki, 

onlar özündə potensial təhlükə daşıyır. İnsan üçün zəhərli olmayan pestisid 

yoxdur. Pestisidlərin saxlanmasında və istifadəsində bir çox hallar baş verir: 

allergen  təsir,  kanserogen,  mutagen,  dəri-aşılayıcı  təsir,  insanlarda  embrio-

gen və  embriotrop təsir və s. 

Tətbiq  olunan  pestisidlərin  birbaşa  və  dolayı  təsirindən  yaranan 

neqativ  hadisələrin  çoxluğu,  ekoloji  nöqteyi-nəzərdən  qanunauyğun  səbəb-

nəticə əlaqələri və asılılığının olduğunu düşünməyə vadar edir. Mur (Moore, 

1967)  bu  səbəbdən  böyük  marağa  səbəb  olur.  Tədqiqatçı  göstərir  ki,  pesti-

sidlərin təsiri bu sxemlə baş verir: pestisidlər 

 ziyanvericilər,  xəstəliklər,  



alaq  otları 

 bir neçə ―ikinci effektlər‖. 



Faktiki olaraq istifadə olunan pestisidlərin təsiri başqa sxemə tabedir:  

Pestisidlər 

 Bütün ekosistem 



Doğrudur  ki,  başlanğıc  məlumatlar  ondan  çıxan  hissəciklər  birlikdə 

tamamilə  səhv ola bilər. hazırda ekosistemə  tətbiq olunan istənilən pestisid 

onda dərin dəyişikliklər yaradır. Pestisidlərin təsiri heç vaxt birtərəfli olmur. 



118 

 

Pestisidlərə  aid  olan  bütün  xassələri  cəmləşdirək,  aşağıdakılara  diqqət 



yetirmək lazımdır: 

-  Bir  qayda  olaraq,  pestisidlər  biosferin  canlı  maddəsinə  geniş 

diapazonla  toksiki  təsir  edir;  Aydındır  ki,  ümumi  qəbul  olunmuş  adlar  – 

herbisidlər,  insektisidlər,  funqisidlər  və  s.  -  bu  maddələrin  təbii  kompleks-

lərə və onların komponentlərə mümkün olan real təsiri haqda kifayət qədər 

təsəvvür yaratmır; 

- Pestisidlər heyvanlar və insanlar üçün həddən artıq zəhərlidir;  

- İstənilən aqrosenozda təsir olunan formalar növlərin ümumi sayının 

çox  az  hissəsini  təşkil  edir  (biosferdə  maksimum  0,5%)  pestisidlər  tətbiq 

olunduqda  təkcə  təsir  obyektləri  deyil,  həm  də  təsir  nişangahı  olmayan  bir 

çox  başqa  növlər,  o  cümlədən  təsir  olunan  formaların  təbii  dəyişmələri  və 

parazitləri zədələnir;  

- Pestisidlər həmişə populyasiyalar əleyhinə istifadə olunur;  

- Pestisidin təsiri populyasiyanın sıxlığından asılı deyil, lakin onları o 

vaxt  istifadə  edirlər  ki,  artıq  təsir  obyekti  olan  populyasiyaların  sayı  çox 

artmış olur; 

- Səhv rəhbərlik  nəticəsində  ziyanvericilərin məhvinə  lazım  olduğun-

dan çox miqdarda preparat sərf olunur; 

-

 

İstənilən  preparatın  ―məqsədli‖  istifadəsinin  azlığı  və  təsir  müddə-



tinin qısa olması (ətraf mühitdə qaldığı müddəti 1-2%-i); 

-

 



Pestisidlərin  qalıq  miqdarı  qida  (farofik)  zəncirdə  akkumulyasia 

(toplanır) və biokonsentrasiya olur; 

-

 

Pestisidlərin qalıq miqdarı emal olunan ərazidən daşınmalıdır; 



-

 

Zərərli  orqanizmlərin  pestisidlərə  qarşı  rezistentliyini  yüksək  olan 



formalar yaranır; 

-

 



Bir  çox  faydalı  orqanizmlər  məhv  olur  və  biosenozlarda  qarşılıqlı 

əlaqələrin dərin pozulması baş verir; 

-

 

Bir  sıra  preparatların  biota  patogen  və  genetik  təsiri  ilə  bağlı  uzaq 



nəticələrin ehtimalı yüksəkdir. 

Yuxarıda  deyilənlər  aşağıda  əyani  göstərilib.  Burada  pestisidlə 

yüklənmənin  təsirindən  demekoloji  və  biosenotik  effektlərin  yaranmasının 

xüsusiyyətləri aydınlaşdırılır.  (Şəkil 1.12)  

Baş  dəyişiklər  son  nəticədə  biotik  potensialın  azalmasına  və  bioloji 

tarazlığın  pozulmasına  aparır  ki,  bu  da  biosfer  proseslərində  kəskin 

disbalans yaradır.  

Obyektiv  reallıq  tələb  edir  ki,  pestisidlərin  istifadəsini  tələb  edən 

kimyalaşmanın  vəzifələrinin  həllində müsbət  və  potensial mənfi  effektlərin 

arasında dəqiq balans saxlanırdı. 

 



119 

 

 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin