Müxtəlif ekoloji şəraitdə TBK-nın strukrtur – funksional təşkili.
Torpaq – biosferin müxtəlif ekoloji faktorlarının təsir etdiyi hissəsidir, buna
görə də təbiətdə torpağın müxtəlif tip və yarımnövləri yayılmışdır. Məsələn,
ekoloji faktorların optimal birliyi olan cənubda torpaq daha yüksək bioloji
aktivliyə malikdir. Şimal torpaqları zəif bioloji aktivliyi və özünəməxsus
TBK-si ilə xarakterizə olunur. Başqa sözlə desək, fərqli ekosistemlər
müxtəlif torpaq orqanizmlərinin iştirakı ilə funksiyalaşır ki, bu da mühitin
əlverişsiz faktorlarına ekosistemlərin davamlılığını və torpaq münbitliyinin
səviyyəsini şərtləndirir. Belə ki, qara torpaqlar yüksək məhsuldarlığı və
toksikantlara yüksək davamlılığı ilə xarakterizə olunur. Şimal torpaqları -
podzol və çimli-podzol torpaqlar daha az münbitliyə və antropogen
çirklənməyə az dözümlüyü ilə fərqlənir.
Torpağın tipindən və onun bitki örtüyündən asılı olaraq, torpaq bio-
tunun sayı və strukturu (o cümlədən mikroorqanizmlərin) artıb-azalır. Su-
varma şəraitində boz torpaqlarda mikroorqanizmlər daha çox olur. Şimala
və cənuba doğru bu tip torpaqlarda mikrobların məskunlaşması azalır. Mik-
robiota humus qatının üst səthində, qida elemetlərinin daha çox toplandığı
yerdə fəaldır, b.s. torpaq münbitliyi və torpaq biotu qarşılıqlı əlaqdardır.
Müxtəlif torpaq-ekoloji şəraitdə ekosistemlərin funksiyalaşmasının struktur
dəyişkənlikləri biokimyəvi proseslərdə muxtəlif qrup torpaq biotunun
iştirakı ilə təyin olunur. Məsələn, şimal ekosistemlərində bioloji dövranda
göbələklər daha aktiv iştirak edir; cənuba doğru mikrob senozlarında bak-
teriyalar və aktinomisetlər üstünlük təşkil edir.
Müxtəlif ekosistemlərin funksiyalaşmasında mikroorqanizmlərin növ
xüsusiyytləri də aydınlaşdrılmışdır. Minerallaşma prosesinin zəif getdiyi
ekosistemlərdə (çimli-podzol və xüsusilə podzol torpaqlarda) dominant kimi
üzvi maddələrin parçalanmasının ilkin mərhələsində iştirak edən növlər
çıxış edir (Bac.cereus, Bac.virgulus, Bac.agglomeratus). Üzvi maddələrin
daha dərin trasformasiyası Bac.idosus, Bac.mezentericus, Bac.subtilis işti-
rakı ilə gedir. Yaxşı azot rejimli torpaqları olan ekosistemlərdə Bac. megath-
erium rüşeymləri olur. Həddən artıq qurqalıq olan ekosistemlərdə Bac.
mezentericus niger dominantlıq edir.
Beləliklə, mikrob senozunun strukturuna görə və xüsusilə, mikro-
orqanizmlərin növ tərkibinə görə, torpaqəmələgəlmə prosesinin müddəti və
ekosistemin vəziyyəti haqda fikir söyləmək olar.
Torpaqda yaşayan canlı orqanizmlər öz aralarında və abiotik mühitlə
qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı təsir ya trofik, ya da metabolik xarak-
terli olur. Belə əlaqə və qarşılıqlı təsirlər torpaq münbitliyinin səviyyəsini və
torpağın ―sağlamlığının‖ vəziyyətini müəyyənləşdirir. Yırtıcı-qurban siste-
mindəki əlaqə trofik tip əlaqəyə misal ola bilər. Torpaq mühitində bu əlaqə
132
heyvanlar və onların qidalandığı mikroorqanizmlər arasında baş verir. Bit-
kilərdə nitrifikasiya bakteriyaları və s. Nitrobakteriyalar nitroza bakteriya-
larının yaratdığı nitratları istifadə edir.
Dostları ilə paylaş: |