M ü n d ə r I c a t


 Torpaqların suvarılması və qurutmanın ekoloji problemləri



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə117/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   437
2.4. Torpaqların suvarılması və qurutmanın ekoloji problemləri 

  

Torpaqların (müxtəlif rayonlarda) təbii xüsusiyyətləri çox vaxt effektli 



kənd  təsərrüfatında  istifadəsi  üçün  yararlı  olur.  Şimal  rayonlarında  torpaq-

ların  üzün  müddətli  donması,  meşə  zonalarında  torpaqların  həddən  çox 

rütubətli olması, arid zonalarda torpağın duzlaşması, eləcə də ayrı-ayrı tor-

paq sahələrinin mezo- və mikrorelyefi (kəskin çökəklər,yarğanlar, iri daşlar 

və s.) insanları təkcə torpağın deyil, həm də relyefin,iqlimin, bitki örtüyünün 

təbii xassələrini dəyişməyə məcbur edir. 

Təbii mühitin əlverişsiz şəraitinin yaxşılaşdırılmasına yönəldilən təbii 

ehtiyatlar potensialından daha çox istifadə etməyə imkan verən işlər melio-

rasiya adlanır. 

Meliorasiya-  istifadə  olunan  ərazinin  təbii  şəraitinin  yaxşılaşdırılma-

sına  yönəldilmiş  təşkilati-təsərrüfat,  texniki,  bioloji  və  digər  elmi  əsaslan-

dırılmış  tədbirlər  sistemidir.  Kənd  təsərrüfatı  meliorasiyası  torpaqların,  su-

yun  və  iqlimin  yaxşılaşdırılmasına  xidmət  edir.  O,  özündə  suvarmanı,  tor-

pağın qurudulmasını, eroziya əleyhinə tədbirləri, torpağın duzlaşmasını və s. 

ola bilər. Bununla əlaqədar meliorasiyanın müxtəlif növləri və üsulları var. 

Ekoloji  əsaslandırılmış  meliorasiya  işləri  eyni  vaxtda  təbiəti  mühafizə 

problemlərini və mühitin keyfiyyətinin yaxşılaşdırılmasını həyata keçirir. 

İqlim  meliorasiyası  mikro,mezo  və  makroiqlimə  bölünür.  (plantasi-

yanın tüstüləmə ilə qızdırılması, üstünü örtmə, suvarma, buludlardan yağışın 

çağrılması,  buludların  dağıdılması,  ildırımın  məhv  edilməsi,  buzlaqların 

əridilməsi,  çayın  axın  istiqamətinin  dəyişdirilməsi,  hidrotexniki  qurğuların 

(yaradılması) və süni göllərin yaradılması. 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin