M ü n d ə r I c a t


Torpaq- biotik sistem aqroekosistemin əsası kimi



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə120/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   437
 

2.5.Torpaq- biotik sistem aqroekosistemin əsası kimi 

 

 2.5.1. TBK  bio(aqro) senozun maddi - energetik sistemidir 



Torpaq  biotası.  Mürəkkəb  sistem  olan  torpağın  əsas  funksional 

komponentlərindən  biri  orada  məskunlaşan  canlı  orqanizmlərdir.  Torpaq 

biotasının əhəmiyyəti torpaq münbitliyini artırmaqla bərabər, həm də onun 

torpağın  texnogen  çirklənməsinin  azalmasında  rolu  ilə  bağlıdır.  Torpaq 

biotası  müxtəlif  zəhərli  birləşmələrin  detoksikasiyası  (zəhərsizləşdirilməsi) 

kimi mühüm funksiya yerinə yetirir. 



 

Torpaq  örtüyü  xüsusi  yer  qabığını  –pedosferi  təşkil  edir.  V.V.Doku-

çayevə  görə  torpaq  –  fiziki-coğrafi  mühitin  və  orqanizmlərin  dağ  suxurla-

rına təsiri nəticəsində formalaşaraq, Yer qabığının üst yumşaq qatını əmələ 

gətirən xüsusi təbii cisimdir. Bu mürəkkəb sistemdə üzvi maddələrin fasilə-

siz  sintezi  və  parçalanması,  bitkinin  mineral  elementlər  və  azotla  qidalan-

masının  dövranı,  torpağa  daxil  olan  müxtəlif  çirkləndirici  maddələrin 

detoksikasiyası gedir.  

Bu  proseslər  torpağın  bərk,  maye,  qaz  fazası  və  canlı  tərkibi  kimi 

nadir quruluşu sayəsində həyata keçirilir.  

TBK-nın  tərkibində  məskunlaşan  canlılar  maddələrin  çevrilməsində 

və  enerji  axınlarının  formalaşmasında  böyük  rol  oynayır,  hansı  onlarsız 

torpaq yoxdur və olada bilməz. V.R.Vilyams yazırdı ki, canlı orqanizmlərsiz  

həyat dayanar və torpaq geologiya obyektinə çevrilər (şəkil 2.15) .    

 



130 

 

 



ġəkil 2.15.

 

Torpaq heyanlarının ölçülərinə görə qruplaşması (Babyeva, 



Zenova, 1989) 

 

Torpaq = mineral substrat (93%) + üzvi maddə (7%). Üzvi maddə = 



ölü  üzvi  maddə  (85%)  +  bitki  kökləri  (1%)  +  edafon  (5%).  Edafon    = 

bakteriya  və  aktinomisetlər  (40%)      +  göbələk  və  yosunlar  (40%)    +  yağış 

qurdları  (12%)   + mikrofauna (5%) + mezofauna (3%).  

Bakteriyaların  kütləsi  təxminən  10  ton  hektar;  eyni  kütləyə  

mikraskopik  göbələklər  malikdir;    ibtidailər  kütələsi  bir  qayda  olaraq  370 

kq/ha təşkil edir.  

Bir  hektar  şum  qatında  250  min  yağış  qurdu(50-140  kq  qədər),  1 

hektar  otlaqda  --  500-1575min  (1150...1680  kq/ha  ),  bir  hektar  biçənək 

yerində --2....5,6 milyon (2 ton/ ha dan artıq )  olur.   

Torpaq  faunası  80  mln.kv2-də  orta  hesabla  300kq/ha,  Yer  kürəsində 

torpaq  heyvanlarının  biokütləsinin  cəmi  2,5  mlrd.  ton  təşkil  edir.  Torpaq 

orqanizmləri  ən  çox  qara  torpaqlarda  və  şabalıdı  torpaqların  bəzi 

yarımtiplərində  olur.  Suvarılan  boz  torpaqlar  mikroorqanizmlərin  yük¬sək 

miqdarı ilə səciyyələnir.  

Torpaqda  olan  canlı  orqanizmlər  həm  bir-biri  ilə,  həm  də  abiotik 

mühitlə qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsir və qarşılıqlı əlaqə torpağın 

münbitlik səviyyəsini və torpağın ―sağlamlıq‖ vəziyyətini təyin edir.   

 



131 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin