Mikroorqanizmlərin ekotoksikoloji funksiyaları. Mikroorqanizmlər
torpaq – bitki sistemində bitkinin fizioloji vəziyyətinin indiqatorlarıdır.
Torpaq mikroorqanizmlərinin ətraf mühitin ən kiçik dəyişmələrinə həsas
reaksiyası və yüksək fermentativ aktivliyi onlardan ekosistemin indiqasiyası
və onlarda toksiki birləşmələrin deqradasiyasının qiymətləndirilməsi üçün
istifadə etməyə imkan verir. Torpaq mikroorqanizmlərinin bu xüsusiyyətləri
müasir ekoloji tədqiqatlarda, xüsusən də ekosistemlərdə toksiki maddələrin
və mikrob trasformasiyasının təsiri altında baş verən dəyişkənliklərin erkən
diaqnostikasında onları əvəzsiz edir.
Çoxsaylı torpaq – ekoloji faktorlardan - fiziki, kimyəvi, aqrokimyəvi
və bioloji – sonuncular daha həssaslarıdır və torpaq-bitki sistemində bitkinin
fiziolji vəziyyətini daha adekvat xarakterizə etmək qabiliyyətinə malikdirlər.
Daha cavan bitkilərdə biokimyəvi proseslər daha intensiv baş verir, hansı ki,
torpaqda yerləşən mikroorqanizmlər üçün qida vəenergetik materialdırlar.
Mikroorqanizmlər öz saylarını artırırlar, bu isə son nəticədə mikrob
məhsuldarlığını təyin edir.
Mikrob biokütləsinin miqdarını Y.P.Xudyakovun formulu ilə təyin
edirlər:
,
100
np
)
-
mk(l
=
M
burada m- bakterya hüceyrələrinin kütləsi; k – verilən müddətdə mik-
roorqanizmlərin maksimal sayı; l –müddətin davam etməsi ; a – müddətin
qeyri-aktiv hissəsinin davam etməsi; n – həmin müddətidə məhv olan
hüceyrələrin sayı, %; p – müddətlərin sayı.
Hesablama formulunda bakteriya hüceyrəsinin orta kütləsi (m)
2,92 x 10
-12
q qəbul edilir. Şərti olaraq qəbul olunur ki, hər periodda 75%
hüceyrə məhv olur. Bu asılılıq meşə ekosistemləri və aqroekosistemlərin və-
ziyyətinin xarakteristikası üçün əlverişlidir.
Beləliklə, bitkinin fiziolji vəziyyətini xarakterizə edən mikrob bio-
kütləsinin miqdarı torpaq-bitki sisteminin inteqral göstəricisidir və müxtəlif
ekoloji tədqiqatlarda istifadə oluna bilər (məsələn, antropogen yüklənmənin
normalaşdırılmasında, ekosistemin davamlılığının təyinində və s.).
Dostları ilə paylaş: |