145
Rumıniyanın (Reutse, Kırstya,1986) metallurgiya müəssisələrinin
yaxınlığında 0...10sm torpaq qatında ağır metalların orta miqdar təşkil edir-
di, mq/kq: sink – 790,0; qurğuşun – 552,0; mis – 77,3; kadmium – 22,6.
Torpaqda çirkləndirici maddələrin yol verilən maksimal səviyyəsilə mü-
qayisədə (Zn – 300mq/kq, Pb – 100, Cu – 100, Cd – 3mq/kq) 20min ha. tor-
paq maksimum çirklənmə səviyyəsinə, 100min ha. çirkləndiricilərin yüksək
miqdarına görə ayrılmışdır.
Yaponiyada əritmə zavodlarından ayrılan qaz və toz çirklənmələrin-
dən torpağın 15sm üst qatında kadmium, mis, qurğuşun, sinkin miqdarı
1,5...50 dəfə artmışdır.
MDB ərazisində ağır metallarla çirklənmiş geniş sahələr var. Belə ki,
Rusiyada torpağın zəhərli ağır metallarla çirklənməsinin qatılığı XX əsrin
90-cı illərində 18 mln.ha sahədə müşahidə olunmuşdur.
Bəzi regionlarda yol verilən qatılıq 100 dəfədən çox üstələnmişdir.
Məsələn, daha təhlükəli inqridientlərdən biri olan Pb –nun miqdarı Şımkent
şəhərinin (əvvəllər Çimkent, Qazaxıstan) torpaqlarında YVQ 340 dəfə;
Qırğızıstan torpaqlarında civənin miqdarı YVQ-dan 100 dəfə çox olmuşdur.
Kənd təsərrüfatı da torpağı ağır metallarla çirkləndirir. Keçmiş SSRİ-
də 1990-cı ildə fosfor gübrələrilə torpağa 16633t qurğuşun, 3200t kadmium,
533t civə verilmişdir. Rəqəmlər kifayət qədər təsiedicidir (cədvəl 2.24)
Dostları ilə paylaş: