Aqroekosistemlərdə torpağın əhəmiyyəti. Torpaq kənd təsərrüfatı is-
tehsalında əsas vasitədir və aqroekosistemin əsasıdır. Bəşəriyyət bütün ərzaq
məhsullarının 95%-ni torpaqdan alır. Torpağın münbitliyinin və ―sağlam-
lığının‖ saxlanması kənd təsərrüfatı istehsalında prioritet qayğı olmalıdır.
Torpaq özlüyündə həyat məkanıdır və canlı orqanizmlərin yaşayışını
təmin edir. Torpaq onun üzğrində bitən bitkilərin mexaniki dayağıdır.
Torpağın toxumları qoruma rolu əvəzsizdir. Torpağın toxumların cü-
cərmə xassəsini uzun illər qoruyub saxlaması qabiliyyəti onda toxumların
cücərməsinin ingibitorlarının olması ilə izah olunur. Bununla da təbiətdə
biomüxtəliflik və bitki populyasiyalarının yeniləşməsi xassəsi saxlanır.
Torpaq onda məskunlaşan orqanizmlərin, o cümlədən ilkin produt-
sentlərin həyat fəaliyyəti üçün lazım olanları – suyu, qida və enerji mad-
dələlərini akkumulyasiya edir ki, bu da əhəmiyyətli dərəcədə onun mün-
bitliyini təyin edir.
Torpaq fermentlərin özünəməxsus anbarıdır. Onda canlı orqanizm-
lərdə olan bütün fermentlər, o cümlədən torpağın münbitliyini və onun
―sağlamlığını‖ təyin edənlər – peroksidazalar, nitrogenazalar, katalazalar və s.
toplanır. Bu fermentlərin işi torpağın azot rejimini, qida elementlərinin
mənimsənilməsini, eləcə də torpağın müxtəlif pollyutantların detoksikasi-
yasına uygunlaşmasını təyin edir.
Torpaq hidrotermiki rejimi tənzimləyir ki, bu da onda məskunlaşan
orqanizmlərin temperatur və nəmliyin müəyyən qiymətlərində həyat
fəaliyyətlərini saxlamasına imkan verir.
Torpaq sanitar funksiyasını yerinə yetirir. Torpağın onda yaşayan
biotanın hesabına yüksək özünü təmizləmə xassəsi bir çox patogenlərin və
toksikantların zərərsizləşməsinə səbəb olur ki, bu da kənd təsərrüfatı məh-
sullarının keyfiyyətinə, təbii ətraf mühitin vəziyyətiə müsbət təsir edir.
Torpağın informasiya funksiyası var. Məsələn, məlumdur ki, yazda
torpağın temperaturu +5
0
C – dən yüksək olduqda, azot,fosfor, kaliumun ak-
141
tivləşməsini stimulə edir, başqa sözlə temperaturun göstərilən həddi vege-
tasiya dövrünün başlanması ilə əlaqədar qida elementlərinə tələbatın başlan-
masına ―siqnal‖dır. ―Torpağın yetişməsi‖, müxtəlif ekoloji şəraitdə vegeta-
siya dövrünün müddəti torpaq örtüyünün xüsusiyyətindən asılıdır. Torpaq
biokimyəvi baryer kimi çıxış edir. Müxtəlif maddələri, o cümlədən zəhərli-
ləri, udmaq qabiliyyəti ona ətraf mühitin kimyəvi sanitarı rolunu oynamağa
imkan verir və bununla da kənd təsərrüfatı məhsullarına çirkləndiricilərin
daxil olmasının qarşısını alır.
Torpağın başqa bir unikal - ―yaddaş‖ xassəsini qeyd etməmək olmaz
(ərazinin ekoloji vəziyyəti haqqında uzunmüddətli informasiyanı qoruyub
saxlamaq xassəsini). Bu monitorinq, proqnozlaşma və d.üçün çox vacibdir.
Məsələn, XXəsrin əvvəllərində götürülmüş torpaq nümunələrinə əsasən yüz
il müddətində ekosistemin toksiki ağır metallarla çirklənmə dinamikası
müəyyən olunmuşdur. Göstəricilərin nəticələrinə əsasən son yüz ildə ekoloji
vəziyyət ən azı 50 dəfə pisləşmişdir.
Dostları ilə paylaş: |