inteqrasiya və idarəedici funksiyanı yerinə yetirir. Professor A.N.Tyuryuka-
139
novun iradlarına görə biosenozda maddələr dövranı bitkinin fotosintezindən
asılıdır, çünki biogeosenozun idarəedici sistemi torpaqda yerləşir. Bir tərəfdən
torpaq çoxsaylı orqanizmlərin yaşayış mühiti, qida mənbəyi və fiziki da-
yaqdır, digər tərəfdən isə biosferdə bütün elementlərin dövranını tənzimləyir,
qlobal ekoloji funksiyanı həyata keçirir (Dobrovolski, Nikitin, 1986).
Yerdə həyatın təminatı torpağın əsas funksiyasıdır. Bu funksiyanın
reallaşması torpaqda orqanizmlərə lazım olan biogen elementlərin kimyəvi
birləşmələrinin mənimsənilə bilən formalarının qatılığından asılıdır. Torpaq
özünəməxsus depodur, mühüm biogenləri (karbon, azot, fosfor, kükürd,
kalsium, kalium və s.) Dünya okeanına tez yuyulub getməsinin qarşısını alır.
Torpaq nəmliyi akkumulyasiya edir, biogeosenozların avtotrof zəncirinin
vegetasiya müddətində ona olan tələbatını təmin edir. O bitkilərin, hey-
vanların, mikroorqanizmlərin və s. yaşayış sferasıdır.
Torpaq biosferdə maddələrin bütün axınını qaydaya salır, elementlərin
bioloji və geoloji sirkulyasiyasında əlaqələndirici həlqə və tənzimləyici
mexanizm kimi çıxış edir.
Torpaq atmosferin və hidrosferin tərkibini tənzimlıyir. Torpaq və at-
mosfer arasında daimi qaz mübadilsi nəticəsində hava hovuzuna müxtəlif
qazlar (o cümlədən həm də ―istixana‖ qazları), mikroqazlar trasformasiya
olunur. Məsələn, bir sutka ərzində ölmüş bitki qalıqlarının parçalanması nə-
ticəsində 1ha torpaqda orta hesabla 84kq karbon qazı yaranır. Müəyyən
olunmuşdur ki, fotosintez prosesində istifadə olunan bu qazın 40-70%-i
―torpağın tənəffüsü‖ ilə təmin olunur. Qalan miqdar qaz kütləsinin hori-
zontal və turbulent qarışması yolu ilə daşınır. Öz növbəsində, torpaq eyni
zamanda atmosfer azotunu udur. Torpaq səth vəyeraltı suları kimyəvi mad-
dələrlə zənginləşdirərək, yerüstü suların, dəniz və okeanların sahilyanı
akvatoriyasının hidrokimyəvi vəziyyətinə təsi edir.
Torpağın ən mühüm qlobal funksiyası yer qabığının üst hissəsində
üzvi maddələri – humus və onunla bağlı olan kimyəvi enerjini toplamaqdır.
Biogen toplanma prosesləri, Günəşdən Yerə daxil olan enerjinin trans-
formasiyası və paylanması torpaqda fasiləsiz olaraq baş verir. Torpaq özü-
nəməxsus kosmik funksiyanı yerinə yetirir. Bu enerji ehtiyatları həyati vacib
proseslərin mənbəyidir. Torpaq örtüyündə potensial biogen enerji əsasən
bitki kökləri, mikroorqanizmlərin biokütləsi və humus kimi toplanır. Eks-
pert qiymətləndirmələrinə görə planetin bütün quru hissəsidə humusda top-
lanan enerji ehtiyatının cəmi 4,2 x 10
15
...10
16
couldur. Aydındır ki, xüsusən
qurunu humus qabığı fotosintez prosesində formalaşan enerjinin ümumpla-
netar toplayıcısı və paylayıcısıdır.
Torpaq litosferi ekzogen faktorların təsirindən qoruyur və geoloji
denudasiyanın intensivliyini tənzimləyir.
140
Torpaq canlı orqanizmlərin yayılmasının tənzimləyicisi kimi çıxış edir,
bioloji müxtəlifliyin qorunması və generasiyası funksiyasını həyata keçirir.
Çoxsaylı orqanizmlərin yaşayış mühiti olmaqla, o birinin fəliyyətini məh-
dudlaşdırır və digərinin aktivliyini artırır. Torpağın münbitliyi və aqroeko-
sistemin davamlılığı məhz bundan asılıdır. Məsələn, mikrob cəmiyyətlərinin
çoxsaylı olması ilə xarakterizə olunan qara torpaqlar yüksək məhsuldarlığı və
mühitin əlverişsiz faktorlarına yüksək davamlılığı ilə fərqlənir. Çimli-podzol
torpaqlar, xüsusilə də podzol torpaqlarda mikroorqanizmlərin sayı daha azdır,
buna görə də onların məhsuldarlığı və müxtəlif toksikantlara davamlılığı daha
azdır. Uyğun olaraq, şimal senozları cənub senozlarından daha çox zədələnir,
bunu istehsal fəalyyəti proseslərində nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: