149
çirklənməsidir. Mikotoksinlər yem bitkilərinə, yemlərə, eləcə də heyvanlara
və insanlara zərər vura bilir. Göbələklərin məşhur olan çoxsaylı növlərinin
təxminən 50%-i zəhərlər yaradırlar (göbələk cinsləri: Aspergillus, Penicil-
lium, Fusarium, Mucor, Rhizopus, Helmintosporium, Cladosporium,
Alternaria və s.)
Toksinlər yaratmaq qabiliyyəti yalnız göbələklərdə deyil, həm də
bakteriyalar və aktinomisetlərdə də qeyd olunur. Bu qabiliyyət ekoloji və-
ziyyətin pisləşməsində daha da güclənir. Qurğuşunun və kuprozan pestisi-
dinin yüksək dozasınıın öyrənilməsində yulafın cücərmə enerjisinin və kök
sisteminin inkişafının zəifləməsi müəyyən olundu ki, bu da torpaqda zəhərli
maddələrin olduğunu göstərir. Bu zaman mikrob cəmiyyətinin tərkibində
Niger qrupundan olan aktinomisetlər və onların steril formaları dominantlıq
edirlər, batsillərin növmüxtəlifliyi isə azalır.
Dostları ilə paylaş: