M ü n d ə r I c a t


Sanitar-gigiyenik normalaşma



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə143/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   437
Sanitar-gigiyenik normalaşmaNormalaşmanın bu növünün əsasında 

maddənin  (elementin)  yol  verilən  qatılıq  həddi  (YVQ)  durur.  Bu  hədd 

mühitdə zərərli maddənin elə miqdarını xarakterizə edir ki, o praktiki olaraq 

insan  sağlamlığına  və  onun  nəsil  artırmasına  təsir  etmir.  Həmçinin  yol 

verilən atılma (YVA) göstəricilərindən də istifadə olunur.  

Sanitar-gigiyenik normalaşma 4 əsas göstəricini nəzərə alır: transloka-

siya (çirkləndirici maddənin torpaqdan kök sistemi vasitəsilə bitkilərə keç-

məsi),  hava-miqrasiya  (çirkləndirici  maddənin  havaya  keçməsi),  su-miq-

rasiya  (çirkləndirici  maddənin  suya  keçməsi),  ümumsanitar  (çirkləndirici 

maddənin  torpağın  özünü  təmizləmə  xassəsinə  və  onun  bioloji  aktivliyinə 

təsiri).  

Nə qədər ki, insan orqanizminə toksikantlar əsasən qida məhsulları ilə 

daxil  olurlar,  sanitar-gigiyenik  normalaşmada  torpaq-bitki  sistemində 

pollyutantların  miqrasiya  yolunu  və  bitkinin  çirkləndirici  maddəyə  müna-

sibətini nəzərə almaq çox vacibdir.   

Torpaq-bitki  sistemində  çirkləndirici  maddənin  miqrasiyası  bir  neçə 

faktorla  təyin  olunur;  onlardan  əsasları  –  toksikantın  miqrasiya  qabiliyyəti 

və  ona  bitkinin  münasibəti.  Çirkləndirici  maddələrin  torpaqda  miqrasiyası 

onun  növündən,  torpaq  örtüyünün  xüsusiyyətindən  (humuslaşma,  qranulo-

metrik  və  s.),  su  rejiminin  tipindən,  temperatur  faktorundan  asılıdır.  Məsə-

lən, qurğuşun torpaqda daha az mütəhərrikdir, nəinki kadmium. Humin tur-

şuları  ilə  qurğuşunun  kompleksləri,  kadmiumun  anoloji  komplekslərindən 

150 dəfə möhkəmdir. Qurğuşun və civə çox az dərinliyə (təxminən 10 sm-ə 

qədər) miqrasiya edirlər; kadmium, mis və sinkin dərinliyə miqrasiyası daha 

güclüdür (onlar 30 sm-ə qədər miqrasiya edirlər).  

Analoji nəticələr digər tədqiqatlarda da alınmışdır: 57...74 % qurğuşun 

və civə antropogen çirklənmədə 0...10 sm dərinlikdə toplanmış, yalnız 3...8 

% 30...40 sm -ə qədər miqrasiya etmişdir.  

Ağır  metalların  bitki  orqanlarında  miqrasiyası  azalma  sırasıyla  aşa-

ğıdakı kimidir: köklər – gövdə - yarpaqlar  - toxumlar  - meyvələr – tumur-

cuqlar.  Həm  də  kök  toxumalarında  ağır  metalların  miqdarı  500...600  dəfə-

yədək çoxala bilir ki,  bu da  yeraltı  orqanın  böyük müdafiə (bufer)  imkan-

larını göstərir (cədvəl 2.28.).   

Otlar arasında ən çox davamlılıq aşağıdakı ailələrin bitkilərində qeyd 

olunur:  Gramineae  (Taxıllar),  Fabaceae  (Paxlalılar)  və  s.  Məsələn,  Pb-nun 

yüksək qatılığı çoban toppuzunda tutulub saxlanılır. Bitkilər Cd həssaslığına 

və özündə toplama qabiliyyətinə görə aşağıdakı ardıcıllıqla düzülür:  pomi-

dor – yulaf – salat – çəmən otları – kök – redka – lobya – noxud – spanaq.  




152 

 

 Cədvəl 2.28 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin