I. Yol verilən
II. Orta təhlü-
çirilməsi. Səthi və yer-
III. Yüksək təh-
IV. Həddən
156
Çirkləndirici maddələrin qəbul olunmuş YVQ-ı nəzərə almaqla kənd
təsərrüfatı yönümlü torpaqların qiymətləndirilməsi sxemi hazırlanmışdır. Bu
sxem torpağın qiymətləndirilməsinin 4 kateqoriyasını nəzərdə tutur. Ən az
antropogen təsir (yol verilən çirklənmə) I kateqoriyaya, ən çox isə IV
kateqoriyaya aiddir. Qiymətləndirmənin kateqoriyasından asılı olaraq
torpaqlar istifadə olunmalı və lazımi tədbirlər həyata keçirilməlidir.
Normalaşmada bir çox birləşmələrin qarşılıqlı təsirinin sinergetik və
antoqonist xarakteri nəzərə alınmalıdır. Məsələn, nitratla çirklənmədə
kükürdün iştirakı onkoloji xəstəliklərin riskini artırır, kadmium və
pestisidlərin təsiri bu təhlükəni xeyli artırır.
YVQ əsasında kriteriyalar sistemibu qarşılıqlı təsiri nəzərə almır.
Bundan başqa, torpaqda kimyəvi maddələrin çevrilməsi prosesi nəticəsində
başlanğıc madddəyə nisbətən daha təhlükəli olan maddələr yaranır ki, bu da
YVQ əsasında qiymətləndirmədə nəzərə alınmır. Toksikantların davranışına
təsir edən torpaq-ekoloji faktorların çoxluğundan müxtəlif regionlar üçün
vahid YVQ ola bilməz, buna görə də mövcud normativlər torpağın
―sağ¬lamlığını‖ kifayət qədər əks etdirə bilmir. Uyğun qiymətləndirmənin
daha sadə və etibarlı üsulunu tapmaq lazımdır. İnteqral göstəricilərin (bioloji
tər¬kibi, eləcə də sərbəst bioloji kriteriyaları daha tam əhatə edən)
hazırlanması xüsusilə perspektivlidir (cədvəl 2.33)
Dostları ilə paylaş: