Biodinamik Əkinçilik. Bu tip əkinçiliyin inkişafı bizim yüz illiyin 30
illərinin axırına təsədüf edir. Qərbi Avropada kənd təsərrüfatı müəssisələri-
nin ümumi strukturunun 1% -dən azını təşkil edir.
Biodinamik əkinçilik–kənd təsərrüfatında ən qədim təşkilatı hərəkət-
dir. Yaranmasının əvvəlindən bu istiqamət özündə bioloji, texniki, iqtisadi
və sosial aspektlərini birləşdirirdi. 1928-ci ildən başlayaraq biodinamik hə-
rəkət ilk dəfə sertifıkatlaşmış ərzaq məhsullarının satışını təşkil etdi. (Belə
fermaların məhsulları ―Demetr‖ markası daşıyır)
Bu halda əkinçılıyin problemlərinə kompleks baxılır, başqa sözlə k/t-ı,
insan, ətraf mühit, kosmos, eləcə də onların qarşılıqlı təsiri. Mineral gübrə-
lər və pestisidlər ümumiyyətlə tətbiq olunmur. Bitgi xəstəlikləri ilə müba-
rizədə bitgi mənşəli pereparatlardan istifadə olunur: qırxbuğum dəmləməsi,
gicitikan, ayı döşəyi ,valerian və.s
Biodinamikanın banisi alman alimi Rudolf Şteynerdir (1861-1925).
Biodinamik formaları orqanizmə bənzər yaradırlar. "Orqanizm" termi-
ni biodinamika mərkəzidir (əsasdır). Adətən orqanizm dedikdə ayrı-ayrı bit-
ki və ya heyvan başa düşülür. Lakin bitki və heyvan "cəmiyyətləri", "bitki-
torpaq" sistemi və hətta daha iri ekoloji vahidlər orqanizmin bəzi xarakterik
əlamətlərinə malik ola bilərlər.
Biodinamik fermerlər özlərini gübrələrlə və yemlərlə təmin etməyə
can atırlar. Burada gübrə kimi müxtəlif kompastlar və xüsusi mineral əla-
vələr (silisium, buynuz unu, sümük unu, əhənglər və s.) istifadə olunur.
Bitgi mühafızəsində silisium əsasında preparatlar istifadə olunur.
Biodinamikanın elementləri astroloji təqvimlərdə göstərilir. Biodi-
namik əkin-çilik sisteminə qarşı çıxanlar hesab edir ki, o, yalnız nisbətən
aşağı məhsuldarlığa malik olan aqrosenozlara məqsədə uygun olur.
Dostları ilə paylaş: |