M ü n d ə r I c a t


 Alternativ   əkinçiliyin məqsədi   və əsas istiqamətləri



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə173/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   437
2.7.2.  Alternativ   əkinçiliyin məqsədi   və əsas istiqamətləri 

Alternativ (bioloji) əkinçiliyi ənənəvi əkinçilikdən dəqiq sərhədləşdir-

mək kifayət qədər mürəkkəbdir.Onlar arasında axıcı keçid mövcuddur. Buna 

baxmayaraq alternativ (bioloji) əkinçiliyin məqsədini aşağıdakılara ayırmaq 

olar:  torpaq  münbitliyini  saxlamaq  və  yüksəltmək;  təbii  ətraf  mühiti  qoru-

maq; aqroekosistemlərdə enerji axını və maddələr dövranını aktivləşdirmək; 

alınan məһsulun maddi - və enerji tutumunu azaltmaq; enerji ehtiyatına qə-

naət  etmək;  istehsal  olunan  məhsulun  keyfıyyətini  artırmaq  nəzərdə  tutul-

muş məhsulun istehsalı; aqroekosistemlərin davamlılığının təmin olunması. 

Üzvi əkinçilik: bu prosesdə mineral gübrələrin və pestisidlərin tətbiqi 

azaldılır və ya aradan götürülür. ABŞ-da geniş yayılıb. Üzvi əkinçiliyin tət-

biqi təbii ehtiyat-ların rasional ifadəsini təmin edir; əlverişsiz şəraitdə qarğı-

dalı və soyanın məhsuldarlığının bəzən artmasına səbəb olur; təbii enerjinin 

taxıl becərmədə effektiv istifadəsini təmin edir; lakin bu zaman əmək sərfi 

artır (12-20%), əmək istehsalı qabiliyyəti 22-95% azalır, məhsuldarlıq aşağı 

düşür (taxıl da 43%-ə qədər). 

ABŞ-da üzvi əkinçilikdə paxlalı bitkilərin növbəlı əkinləri N-a yüksək 

tələbatı  olan  bitkilərlə  əvəz  olunur.  Torpağı  disksiz  əkilir,  alaq  otları  ilə 

mübarizə növbəlı əkinlərdə olan bitkilərdə eləcə də aralıq bitkilər, cərgəarası 

örtük bitkilərin hesabına aparılır. 

Zərərvericilərdən  bitkilərin  entornofaqlar  qoruyur:  zlatoqlaska,  trixo-

qramma,  yırtıcı  gənələr (fıtoseyuyus), eləcə də biopreparatlar. Belə ki, pər-

dəqanaqlılara qarşı bakterial ştamnı Bacillus thurigiensis işlədilir, hansı kı, 

əksər sənaye preparatlarında akltiv komponentdir. Kolorada böcəyinə qarşı 

göbələk preparatı boverin işlədilir, tərkibinə Beaveria bassiana göbələyi da-

xildir. Zərər vericinin orqanizminə göbələk düşdükdə boveritsin və tsiklode-

pepsipeptid zəhəri ifiraz edir. 

İnsektisidlər-bitgi mənşəlı olanlar; pərdə qanadlılara qarşı istifadə olu-

nur; xəstəliklərə qarşı bitgi tərkibi və zəif zəhərlı pereparatlar tətbiq olunur. 

Üzvi  əkinçilikdə  mineral  azot  gübrələri  yüksək  keyfiyyətli  üzvi  gübrələrlə 

(peyin, kompost, yaşıl gübгə) əvəz olunur.  




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin